Not nəşrləri ~ Mahnılar~

 

 


Qızıl üzük
Musiqisi: Tofiq Quliyev
Sözləri: Rəsul Rza

İfa edir: R. Behbudov








Üzüyümün qaşı firuzədəndir,
Könlüm açılmayır bu gün nədəndir.
Yaman gündə dost əlindən bərk yapış,
Dünyanın həvəsi keçib gedəndir.

Bizim bağlar, güllər xoş bir tamaşa,
Sonalar göllərdə gəzərlər qoşa.
Neçə çətin olsa ömrün yolları
Birlikdə yorulmaz vurarıq başa.

Bulud gələr, çiskin çilər, çən eylər.
Yar yarından ayrı düşsə qəm eylər.
Sevgilimdən necə qalım aralı
Bir baxışla qəlbə yüz məlhəm eylər.

(Tərcüməsi N. Dorizonundur)


RU / EN
 

  ©Copyright by Musigi Dunyasi