2
Əsgər və Cülçohrənin
partiyaları rəngarəng və
dərin məzmunludur. Böyük
məhəbbət arzulayan əsas
qəhrəmanlardan biri - Əsgərin
dahi Azərbaycan şairi Füzülinin
sözlərinə yazılmış
ilk ariyasında
xəyalpərvər, bir qədər
kədərli obrazı yaradılır.
II pərdədə isə Gülçöhrə
ilə duet səhnəsində gözümüz
önündə, artıq sevği
işığına boyanmış,
bir qədər həyəcanlı,
xoşbəxt gənc canlanır.
Gülçöhrənin
də ilk ariyası (II pərdə)
məhəbbət arzuları ilə
yaşayan gənc qızın iztirablarını,
xəyallarını əks etdirir.
Onun romantik duyğuları ilhamlı,
bir qədər həyəcanlı
II ariyasının
əsas əhval-ruhiyyəsinin məzmununu
elə bundan ibarətdir. III
pərdədən ariya və
IV pərdədən
naləsi əvvəlki əhval-rühiyyə
ilə bağlıdır; Azərbaycan
qızının o dövrdəki
acı taleyinin sanki musiqi təsviridir.
Musiqili komediyanın digər iştirakçıları
əsasən janr – məişət
üslublu musiqi nömrələri
ilə səciyyələnir. Şən
mahnı və rəqslər, dialoq-səhnəciklər səhnə hadisələrinin lirik-komik koloritini yaradır:
Cahan
xalanın kupletləri, Süleyman
bəyin mahnısı, Süleyman
bəyin mahnı və rəqsi,
Asyanın
mahnı və rəqsi,
Soltan
bəyin kupletləri, Telli
və Vəlinin yumorla yoğrülmüş
məhəbbət etirafı olan
dueti.
«Arşın mal alan»da hadisələr
dinamik inkişaf edir. Burada fon, ikinci
dərəcəli, şərhedici
nömrələr yoxdur.Yeganə
xor olan qızların xoru da milli
məişət koloritinin poetik təcəssümüdür.
Bəstəkar operettanin musiqisində
Azərbaycan xalq mahnısı və
rəqslərinin ritm-intonasiyalarını
böyük ustalıqla əks etdirir.
Qızların
xorunda «Qalanın dibində», Soltan
bəyin kupletlərində «Canlar
içində canım», uvertyuranın
əsas mövzusunda «Boynunda var salırıq»
mahnılarının, Asyanın
rəqsində «Tərəkəmə»
xalq rəqsinin intonasiyaları eşidilir.
Üzeyir Hacıbəyov «Arşın
mal alan»da xalq mahnı-rəqs və
muğam ənənələrini
sintezləşdirərək parlaq,
yeni vokal üslub yaratmışdır.
Burada artıq milli musiqi təfəkkürü,
milli üslub avropa vokal üslubu
ilə qovuşur. Parlaq məzmun
ilə yanaşı bu musiqi novatorluğu
operettanın dünya miqyasında
şöhrət tanmasının
əsas şərtlərindən
biri oldu.
«Arşın mal alan» elə ilk
tamaşadan böyük populyarlıq
qazandı. Əsərin ilk tamaşası
1913-cü ildə oktyabrın 25-də
Bakıda Tağıyev teatrında
olmuşdur: quruluşçu rejissor
böyük Azərbaycan aktyoru və
rejissoru Hüseyn Ərəblinski,
rollarda: Hüseynqulu Sarabski (Əsgər),
Əhməd Ağdamski (Gülçöhrə),
Ələkbər Hüseynzadə
(Soltan bəy), A.Olenskaya (Asya), X.Hüseynov
(Vəli), Cülsabah xanım (Cahan
xala) çıxış etmişlər.
Premyeradan sonra «Arşın mal alan»
Qafqazın, Rusiyanın, daha sonra
isə bütün dünyanın
teatr səhnələrinə zəfər
yürüşünü başlayır.
Tez bir zamanda əsər rus, gürcü,
fars, erməni, ingilis, ərəb,
polyak, bolqar, özbək, çin - 66 dilə tərcümə olunur.
«Arşın mal alan»ın populyarlığına
dair tarixdən belə bir fakt gətirmək
olar: Qafqazda bu adla kafelər, restoranlar,
dükanlar açılır. Əsər
1915-ci ildə Tiflisdə eyni gündə
dörd yerdə, dörd dildə
– Azərbaycan, rus, gürcü və
erməni dillərində oynanılırdı.
«Arşın mal alan» bir neçə
dəfə ekranlaşdırılmışdır.
Musiqili komediyanın ilk ekran variantı
1916-cı ilə aiddir. Rejissor V.Svetlanovun
çəkdiyi səssiz filmdə
H.Sarabski, Ə.Ağdamski, Y.Nərimanov,
Ə.Hüseynzadə, M.Əliyev
çəkilmişdi. Filmi Cabbar
Qaryağdıoğlunun triosu, musiqiçilər
dəstəsi müşayiət
edir, musiqi nömrələri canlı
ifa olunurdu.
Musiqili komediyanın ikinci ekranlaşdırma
cəhdi isə uğursuz oldu. Peterburqlu
rejissor Q.Belyakov 1917-ci ildə Ü.Hacıbəyovun
icazəsi və razılığı
olmadan film çəkmiş və
müəllif hüquqları pozulduğu
üçün bu film prokata buraxılmamışdı.
1937-ci ildə ABŞ-da rejissor R.Maqalyan
da «Arşın mal alan» musiqili filmi
çəkmiş, lakin Ü.Hacıbəyovun
müəllifliyini göstərməmişdir.
II dünya müharibəsi illərində
SSRİ-də «Arşın mal alan»
bədii
musiqili filminin çəkilişlərinə
başlanmış və film 1945-ci
ekranlara buraxılmışdır.
Əsas rollarda - R.Behbudov (Əsgər), L.Cavanşirova
(Gülçöhrə), Ə.Hüseynzadə
(Soltan bəy), L.Abdullayev (Vəli),
F.Mehrəliyeva (Telli), M.Kələntərli
(Cahan xala) çəkilmişlər.
Filmin musiqi redaktoru – Niyazi, ssenari
müəllifi S.Rəhman, rejissorlar
R.Təhmasib və N.Leşşenko,
operatorlar L.Atakişiyev və M.Dadaşov
idi. 1946-cı ildə «Arşın
mal alan» filminin yaradıcıları
SSRİ Dövlət Mükafatına
layiq göruldülər. Film dünya
xalqdarının dillərinə
dublyaj ediləcək 130 ölkədə
böyük müvəffəqiyyətlə
nümayiş etdirildi.
1965-ci ildə «Azərbaycanfilm»
kinostudiyasında rəngli bədii
«Arşın mal alan» filmi çəkildi:
ssenari müəllifləri T.Tağızadə
və M.Dadaşov, rejissor T.Tağızadə,
musiqi redaktoru SSRİ xalq artisti F.Əmirov
idi. Baş rollarda L.Şıxlinskaya
(Gülçöhrə), H.Məmmədov
(Əsgər), H.Yaqizarov (Süleyman
bəy), A.Soltanov (Soltan bəy), N.Məlikova
(Cahan xala) çəkilmişlər.
«Arşın mal alan» «Melodiya»
firması tərəfindən üç
dildə (Azərbaycan, rus və fars)
qrammofon valına yazılmışdır.
Əsər haqqında dövri mətbuatda,
elmi jurnallarda yüzlərlə resenziyalar,
elmi məqalələr, kitab və
broşürlər yazılmışdır.
90 ildir ki, dünya musiqi mədəniyyətində
«Arşın mal alan» adlı bir ulduz
parlayır. Dünya da, həyat tərzi
də dəyişir, nəsillər
bir-birini əvəz edir, zövqlər
ildırım sürəti ilə
yeniləşir. Lakin Əsgər
və Gülçöhrənin
romantik məhəbbət tarixcəsini
söyləyən musiqi hekayəti
bu gün də təravətini saxlayır,
insanlara xoş təbəssüm
və hisslər bağışlayır.