1
«Arşın mal alan» - böyük
Azərbaycan bəstəkarı,
milli bəstəkarlıq məktəbinin
banisi, Şərqdə ilk operanın
müəllifi Üzeir
bəy Hacıbəyovun sonuncu,
üçüncü musiqili komediyasıdır.
Bəstəkar onu üzərində
1913-cü ilin yayında hələ
Bakıda olarkən işləməyə
başlamış və əsəri
yayın sonunda, artıq Sankt-Peterburqda
olarkən tamamlaymışdır.
Qeyd edək ki, o burada konservatoriya
daxil olmağa hazırlaşırdı.
Musiqili komediyanın süjetini Üzeyir
bəy həyatdan götürmüş,
librettosunu
özu yazmışdır.
XX əsrin əvvəllərində
Azərbaycan cəmiyyətində
ailə-məişət məsələlərində
şəriət qanunları ilə
diqtə edilmiş köhnəlmiş
adət-ənənələrə
qarşı tənqidi, etiraz dolu
münasibət formalaşır.
Əsas müzakirə mövzularından
biri qadının azadlığı
və hüquqları uğrunda mübarizə
idi. Azərbaycan qadınlarının
demək olar ki, hüquqları yox
dərəcəsində idi: o, valideyndələrinin,
sonra isə ərinin iradəsinə
tabe olmalı idi. Çadrasız
o heç yerə çıxa bilməzdi,
onun taleyini başqaları həll
edirdi. Qızlar, bir qayda olaraq, valideynlərinin
seçimi ilə ailə qurur, onların
razılığı heç kəsi
maraqlandırmırdı. Lakin təksə
qızlar, deyil, kişilər də
bu adətdən əziyyət çəkirdilər.
Axı, onlar da öz gələcək
həyat yoldaşlarını yalnız
toydan sonra görə bilərdilər.
Lakin həyat tərzi dəyişir
və cavanlar artıq sevib-sevirərək,
aidə qurmaq arzusu ilə yaşayırdılar.
«Arşın mal alan» operettasının
maraqlı süjeti də elə bu
ideyanı əks etdirir. Üzeyir bəyin
qəhrəmanı – gözəl,
yaraşıqlı, iradəli Gülçöhrə
öz hüquqları, sevgisi üğründa
mübarizə aparan Azərbaycan qızlarının
yeni nəslinin nümayəndəsidir.
«Arşın mal alan» musiqil komediyasının
adı da elə küçəbəküçə,
həyətbəhəyət gəzib
mal satan arşın malçıların
çağırışından
alınmışdır.
Gənc tacir Əsgər gələcək
həyat yoldaşını özü
seçib, bəyənmək şərtilə
evlənmək istəyir. Lakin müsəlman
qayda-qanununa görə bəy gəlini
yalnız toydan sonra görə bilərdi.
Əsgərin dostu Süleyman bəy
vəziyyətdən çıxış
yolu tapır: onun məsləhəti
ilə tagir Əsgər adi, kasıb
arşınmalçıya çevrilir.
İndi o, istənilən evə
girib, qızları görüb,
könlünə yatanı gözaltı
edib evlənə bilər.
Azərbaycan keçmir ki, Əsgər
alıcılar arasında gözəl
bir qıza vurulur. Bu, Soltan bəyin
qızı – Gülçohrədir.
O da qarşılıqlı məhəbbətlə
qurulmuş ailə səadəti
arzusundadır. Cavanlar əld-peyman
bağlayır. Gülçöhrə
sevgilisinə sonadək sədaqətli
olmaq əzmindədir. Lakin qızını
yalnız varlı adama, dədə-baba
qanunu ilə ərə vermək
istəyən Soltan bəy Gülçöhrəni
varlı tacir Əsgərə vermək
istəyir. Nə qətiyyətli
etirazını bildirən Gülçöhrənin
nə də Soltan bəyin ağlına
belə gəlmir ki, tacir Əsgər
və kasıb arşınmalçı
Əsgər eyni adamdır. Lakin anlaşılmaslıqlar
tez aradan qalxır. Bir gündə
4 toy çalınır: Əsgər
və Gülçöhrə ilə
yanaşı, Süleyman bəylə
Soltan bəyin qardaşı qızı
Asya, Soltan bəy və Əsgərin
xalası Cahan xala, hər iki ailənin
nökərləri – Vəli və
Telli də evlənib xoşbəxt
ailə qururlar.
Operettada mənfi qəhrəman
yoxdur. Klassik musiqili komediya qanunlarına
uyğun olaraq ön planda əsas qəhrəmanlar
– Əsgər və Gülçöhrədir.
Onlar yeni fikirli, ailə həyatını
ürəklərinin səsi ilə
qurmaq arzusu ilə yaşayan gənclərdir.
Qalan personajlar – Süleyman bəy,
Asya, Soltan bəy, Cahan xala, Vəli
və Telli lirik-komik tərzdə verilir.
İştirakçılar bir neçə
qrupa bölünür: tagir Əsgər
və bəy qızı Gülçöhrənin
məhəbbət tarixcəsi əsərin
əsas süjet xəttini təşkil
edir. Onların hərəkətləri
əsas ideyanı ifadə edir. Romantik
hisslərlə yaşayan bu gənclər
köhnəlmiş adət-ənənələrə
qarşı çıxmaqdan çəkinmir.
Məhəbbətləri naminə
onlar ən qəti addımlara hazırdırlar.
Dövrün qayda-qanunlarına etirnazsızlıq
göstərməyən Süleyman
bəy və Asya da, cavanların hərəkətlərini
başa düşməyən yaşlı
nəslin nümayəndələri
– Cahan xala və Soltan bəy də
mehriban ailə həyatı arzusundadırlar.
Nəhayət, ağıllı, tədbirli
nökərlər – Vəli və
Telli də talelərini birləşdirir,
sevib-seçib ailə qururlar.
«Arşın mal alan»da dramaturji
baxımından aparıcı, əsas
bədii-ifadə vasitəsi musiqidir.
Məhz musiqi məzmunun parlaqlığına
və inkişaf səviyyəsinə
görə çox vaxt əsərin
janrını komik opera kimi müəyyənləşdirirlər.
Musiqi dramaturgiyasının vahidliyinə
arşınmalçının
məşhur mahnısından
bir mövzunun məhəbbət
leytmotivi kimi geniş səslənməsi
də dəlalət edir. Əsas
musiqili forması və xasiyyətnaməsi
üçün Üzeyir Hacıbəyov
ənənəvi kupletləri deyil,
daha mürəkkəb və dərin
forma olan ariyanı seçir.