~ Not nəşrləri ~
~
Ən’ənəvi musiqil
ər ~

 


 

Ovşarı
Not yazısı: Tariyel Məmmədov Sözləri: Aşıq AbbasTufarqanlı.
İfa edir: Aşıq
Şəmşir.






 

 




Bəd övladı əzəl bavdan tanıram,
Çöp-çöp yıqar, yad ocaqın yandırar.
Səhərdurar arnamusun gözləməz,
Suyu tökər, öz ocaqın söndürər.

Ulğun cuşa gəlsə, köpük yağ olmaz,
Söyüd bar gətirsə, bağça, bağ olmaz.
Zibil təpə olsa, güllük dağ olmaz,
Yel əsəndə alçaqlara endirər.

Abbas bu sözləri deyər sərindən,
Arxı vurun suyu gəlsin dərindən.
Söz bir olsa, dağ oynadar yerindən,
El bir olsa, zərbi kərən sındırar.

 

 

  ©Copyright by Musigi Dunyasi