~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
 
III HİSSƏ

AŞIQ HAVALARI MUSİQİ
QURULUŞUNUN ƏSASLARI

HAVACATIN VƏ ŞE’RİN VƏZNİ

3

Gəraylı şe’rinin hər bir misrası fasilə ilə 4+4 nisbətli yarımmisraya bölünüb. İlk nəzərdən, bu cür bölünmə havacatın ifasında (oxunmasında) da əks olunmalıdır:



Ümumilikdə götürsək, şe’rlə havacatın tam sinxronluğu baş verib, çünki hər bir şe’r bölgüsü musiqili vəzni bölgüyə uyğundur və son, yekunlaşdırıcı səslər də olduqca uzadılıb.

Lakin 2-ci melodik misra «ağrın alım» sözləri və «başa hələ» yarımmisrasının təkrarı sayəsində, gözə çarpacaq dərəcədə genişlənib. İkinci melodik dövrədə 4-cü melodik misra — «Toxunmayıb daşa hələ» təkrarlanır və melodik bəndin sonunda «dərdin alım» artırması ilə birgə sinxron nizamı pozur.

Beləliklə, dövrilik pozulur və qeyri-dövri quruluşu olan melodik bənd meydana çıxır. Melodik inkişaf sinxron hecalı vəzn bölmələrini qeyri-bərabər vəzni uzunluqda melodik misralara çevirir.

Burada sazın iki xanəli çalğısı (dəramədi) (I dövrə), bir xanəli çalğı fasiləsi (3-cü və 4-cü melodik misralar arası) ümumi melodik axarda «kəsilmələr» yaxud «yarıqlar» yaradır. II bəndin misralarında da «nisbətlərin dəyişməsi» nəzərə çarpır:

Dolandım kəndi, şəhəri        5+3=8
Dağlarda açdım səhəri         5+3=8
Fikrim gəzir üfüqləri            4+4=8
Dönüb qızıl quşa hələ           4+4=8

Belə dəyişikliklər, əlbəttə, iki ilk melodik misrada yeni keyfiyyət dəyişiklikləri törədir. Sonrakı yarımbənddə melodik-mətn sıraların qurulması I bənddəki ilə eynidir:

Əgər I melodik bənddə hər vəzn vahidi bir musiqi xanəsinə uyğundursa, burada artıq başqa nisbətlərlə qarşılaşırıq.

«Ayaq divanı» (16, ¹12) havasının mətni «divanı» şe’r quruluşudur (qafiyələnmə qaydası: a—a—b—a; s—s—s—a; d—d—d—a). Burada 15 hecalı şe’r misrası əruzun «rəməli—müsəmmani—məxzuf» bəhri kimi oxunur ki, onun paradiqması  ‘    — ‘        — ‘        —  ‘        şəklində ifadə olunur. Şe’r bəndi və melodik bənd aşağıdakı kimidir63.


AŞIQ HAVALARI MUSİQİ
QURULUŞUNUN ƏSASLARI. HAVACATIN VƏ ŞE’RİN VƏZNİ:   
səhifələr   1    2    3    4    5    6   7