~ Not nəşrləri ~ Vokal musiqisi~
~ Romanslar ~

 

 


“Sevgili canan”
musiqisi: Üzeyir  Hacıbəyov
sözləri:
Nizami Gəncəvi
ifa edir: Bülbül





 

 

Hüsnün gözəl ayətləri, ey sevgili canan,
Olmuş bütün aləmdə sənin şəninə şayan.

Gəl, eylə nəvaziş, gəl eylə nəvaziş,
Mənə ver busə ləbindən,

Cünki gözəlin busəsidir aşiqə ehsan,
Cünki gözəlin busəsidir aşiqə ehsan.

Sordum ki: «Könül, hardadır?» Aldım bu cavabı:
«Heç sorma, tapılmaz onu axtarsada insan».

Rəhm eylə, dedim gəl, sel kimi göz yaşımı tökdüm.
Gəl, qanım ilə oynama, ey a fətidövran.

İnsafın əgər var insafın əgər var isə söylə,
Bu Nizami sənlə necə rəftar eyləsin, ey məhitaban.

Sənlə necə rəftar eyləsin, ey məhitaban.
Gəl, ey sevgili canan.

 

 


RU / EN

 

  ©Copyright by Musigi Dunyasi