«ÇAHARGAH»
MUĞAMI HAQQINDA
1
Əziz yoldaşlar.
Mənim bu günkü mühazirəm
Azərbaycan muğamlarından «Çahargah»
muğamı haqqındadır.
Lakin əsil mətləbə keçməzdən
əvvəl «Radio mədəniyyət
universitet»inin musiqi sənətinə
yiyələnmək, musiqini necə
dinləmək və anlamaq məqsədləri
üzrə təşkil etdiyi mühazirələrin
əhəmiyyəti ilə əlaqədar
olaraq, bir cəhəti qeyd etməyi
lazım bilirəm.
Bildiyiniz kimi,
hazırda sovet adamları emosional savadsızlığa
qarşı qəti yürüş
elan etmişlər. Emosional savadsızlıq
– bu nə deməkdir? Bu ifadəni
ilk dəfə böyük proletar
yazıçısı Maksim Qorki
ədəbiyyat və incəsənət
əsərlərinə qarşı
biganə qalan, təəssurat, həyəcan
etibarilə laqeyd yaşayan adamlar haqqında
işlətmişdir. Emosional cəhətincə
savadsız olmaq, yəni dərin hisslər,
böyük fikirlər oyadan sənət
aləminə qarşı laqeyd olmaq,
əsil ilham məhsulu olan gözəl
bir şeri oxuduqda, ya da yaxşı
bir musiqi əsərini dinlədikdə,
ya da rəssamın çəkdiyi
ifadəli bir lövhəyə baxdıqda
onu duymamaq, düşünməmək
və anlamamaq deməkdir.
Odur ki, emosional
cəhətincə savadsızlıq
insanı düşüncə məhdudluğuna,
fikir yoxsulluğuna, hisslərin kobudluğuna,
kütləşməsinə gətirib
çıxara bilər. Emosional savadsızlıq
nəticə etibarilə insanı
yaxşı zövq və incə
duyğudan məhrum edə bilər.
Əgər mahir rəssamın fırçasından
çıxmış bir tablo sənin
qəlbində heç bir bədii
həyəcan oyatmırsa, əgər
istedadlı şairin mövzusu həyatın
bir parçasını təsvir edən
və tərənnüm edən gözəl
bir şeri səni düşünməyə,
hiss etməyə çağırmırsa,
nəhayət, əgər görkəmli
bir bəstəkarın dəyərli
musiqi əsəri, ya da xalqımızın
böyük məhəbbət hissim
ilə yradıb, əsrlərdən
bəri cilalandıraraq yüksək
kamillik səviyyəsinə çatdırdığı
musiqisi sənin ruhunu oxşamırsa,
deməli, sən həyatı və
insan varlığının mənasını
hələ çox səthi və
birtərəfli düşünür,
şerə, musiqiyə hörmət
məsələsinin nə olduğunu
hələ lazımınca dərk
etməirsən.
Xalqımız
ta qədim zamanlardan bəri şeri,
musiqini ürəkdən sevmiş,
şairin, xalq aşiqinin, xanəndə
və sazəndələrin sənətinə
həmişə böyük hörmət
və ehtiram göstərmişdir.
Musiqidən, sözün ən yüksək
və həqiqi mənasında, həzz
və mənəvi ləzzət almaq
istəyən şəxs onu böyük
diqqətlə dinləməyi bacarmalıdır.
XIX əsr Azərbaycan ədəbiyyatının
ən görkəmli nümayəndələrindən
olan Hacı Seyid Əzim Şirvani
musiqi sənətinin insan mənəviyyatındakı
əhəmiyyəti, musiqiyə rəğbət,
həvəs məsələləri
haqqında yazdığı şerini
bu sözlərlə başlayır:
«Guşi
qıl ey ki, bilirsən özünü
vaqifi – kar,
Agah
ol, gör ki, nədir, naleyi ney, nəğmeyi
tar.
Nədir
ol xüşki olan kubidə bu naleyi
zar,
Ki,
sədasından onun qarət olur səbrü-qərar.
Açma
sən pərdəni, hər pərdədə
var yüz əsrar».
Bəli,
hörmətli dinləyicilər, əsil
musiqi sənətinin insan şüurunda
oyatdığı fikirlər üfüqlər
qədər geniş, dəryalar qədər
dərindir. Xalq dühasının
ən parlaq yaradıcılıq məhsulu
olan muğamat musiqimizin bünövrəsi,
mahnılarımızın, təsniflərimizin
dayaq sütunu, oyun havalarımız
üçün gözəl təranələr
mənbəyi olmuşdur. Muğamat
ən nazik gülabətin sapından
toxunmuş hörüm kimi incə
və zərifdir. Muğamat əsrlər
və qərinələrin sınağından
şərəflə çıxmış,
uzun illər boyu inkişaf etmiş,
təkmilləşmiş, cilalandırılmış
və öz əsas qayda – qanunlarını
həmişəlik olaraq təsbit
etmişdir. Bütün mahnılarımız,
oyun havalarımız, nəhayət,
bəstəkarlarımızın,
xalq aşıqlarımızın
ən dəyərli və ən muvəffəqiyyətli
əsərləri öz şirəsini
Azərbaycan xalq musiqisinin əsası
olan muğamatın kökündən,
onun könüllər oxşayan təranəsindən,
onun tükənməz, zəngin intonasiya
xəzinəsindən almış
və alacaqdır.
Xalqımızda
belə bir məsəl var, deyərlər
ki, ot öz kökü üstündə
bitər. Bu mənalı atalar sözünün
hökmü, eynilə muğamat və
onun əsasını təşkil
edən kök qaydalarına aiddir.
Hər bir muğamın öz kökü
vardır. Bu kök nədən ibarətdir?
Bu kök, hər şeydən əvvəl,
musiqi səslərinin ardıcıl
olaraq, müntəzəm düzülüş
qaydalarını müəyyən
edən səsdüzümünə,
yəni bir-birinin ardınca sıra
ilə yuxarı və aşağıya
doğru ucalıb – enən səs
qatarına istinad edir ki, buna da musiqidə
səssırası deyilir. Məsələn,
biz pianonun yalnız ağ rəngli
dillərini bir-birinin ardınca çalmış
olsaq, müəyyən səssırası
əldə edərik. Bu halda eşitdiyimiz
səssırası «Rast»,
«Mahur», «Qatar», «İraq», «Bayatı-Qacar»
kimi muğamların
kökünü andırmış
olacaqdır.
Lakin musiqidə
olan səssıraları öz tərkibi,
quruluşu etibarilə həmişə
bir cür olmur. Ayrı səslər,
daha doğrusu, pərdələr arasındakı
səs məsafəsi öz kəmiyyəti
etibarilə bəzən böyük,
bəzən isə kiçik ola bilər.
Yəni səssırasını təşkil
edən ardıcıl səslər
arasındakı məsafələr
gah yarım pərdə. bəzən
bir pərdə, hətta ayrı-ayrı
hallarda pərdə yarım da ola bilər.
Məhz bu cəhətdən asılı
olaraq, təbiidir ki, səssırasının
və ona istinad edən musiqi kökünün
tərkibi də dəyişmiş
olur.