«ÇAHARGAH»
MÜĞAMI HAQQINDA
4
İndicə
eşitdiyiniz həmin bu «Balu-kəbutər»
guşəsinin musiqi nöqteyi-nəzərindən
ən dəyərli cəhəti ondadır
ki, burada olduqca az və məhdud bir
vasitə ilə çox zəngin
və mənalı bir ifadə əldə
edilmişdir. Yəni cəmisi iki-üç
notdan ibarət səslər istər
vəzn etibarilə, istərsə
də quruluşu etibarilə bir-birilə
o qədər orijinal quraşdırılmış,
o qədər maraqlı bir tərtibatda
verilmişdir ki, burada əsil musiqi
dramatizminin ifadə edə biləcəyi
gərginlik bütün varlığı
ilə dinləyicini valeh edir.
«Çahargah»
muğamının müəyyən
hissəsini böyük simfonik orkestr
üçün bəstələyərək
«Şah İsmayıl» operasına
daxil edən görkəmli Azərbaycan
bəstəkarı Müslüm Maqomayev
«Balu-kəbutər» guşəsini
həvəs və məhəbbətlə
işləmişdir. M. Maqomayev «Çahargah»
muğamını simfonik orkestr üçün
bəstələməsində əldə
etdiyi müvəffəqiyyətlərindən
şəxsən özü o qədər
razı qalmışdı ki, bir müddət
«Çahargah» sözünü özü
üçün bir təxəllüs
kimi qəbul etmişdi. İndi M. Maqomayevin
«Şah İsmayıl» operasından
«Balu-kəbutər» guşəsini
nümayiş etdirək.
Həmin o dövrdə
görkəmli sovet bəstəkarı
Qliyer bəstələməkdə
olduğu «Şahsənəm» operasını
«Çahargah» muğamı ilə
başlayır və məhz «Balu-kəbutər»
guşəsini çaldıqdan sonra
tamamilə başqa bir məqam əsasında
olan «Arazbarıya» keçir.
Əgər
adlarını qeyd etdiyimiz bəstəkarlar
Müslüm Maqomayev və Qliyer «Balu-kəbutər»
güşəsini eynilə, dəqiq
surətdə və xalq musiqisində
olduğu tərzdə bəstələyib
öz opera əsərlərinə
daxil etmişlərsə, istedadlı
Azərbaycan bəstəkarı Qara
Qarayev əksinə, «Balu-kəbutər»
güşəsinə daha geniş
yaradıcılıq prinsipi ilə
yanaşmışdır. O, «Yeddi gözəl»
balet əsərindəki məşhur
«Vals»ı «Balu-kəbutər» musiqi
intonasiyaları əsasında bəstələyərkən,
bu guşənin ifadə etdiyi musiqi obrazına öz
şəxsi yaradıcılıq münasibətini
inandırıcı və son dərəcə
qənaətbəxş bir tərzdə
nümayiş etdirməyi nəzərdə
tutmuş, xalq musiqi intonasiyasının
zəngin və tükənməz
xəzinəsindən istifadə işində
əsil sənətkar yaradıcılığının
yeni prinsipini təsbit etmişdir.
Əziz dinləyicilər,
mu·amlarımızdakı şöbələrdə
istifadə olunan güşələrdən
bəhs edərkən, bir vacib cəhəti
həmişə nəzərdə
tutmaq lazımdır. O da hansı güşənin
nəğməkar ifasına və
hansı güşənin yalnız
sazəndə, yəni müşayiətçi
ifasına aid olması məsələsidir.
Məsələn, üzərində
bu qədər ətraflı dayandığımız
«Balu-kəbutər», «Çahargah»
muğamı ifasında, əsas etibarilə,
muğamın yalnız intrumental, yəni
nəğməkar avazını müşayiət
edən musiqi alətlərinin çaldığı
hissəyə aiddir.
«Çahargah»
mu·amının «Bəstə-Nigar»
şöbəsinə keçməzdən
əvvəl xanəndə ilə sazəndə
hələ bir müddət başqa
güşələrdə gəzişməyi
lazım bilirlər. Demək olar ki,
XX əsrə qədər Azərbaycan
xanındə və sazəndələri
muğamın musiqi inkişafı
prosesinin daha dolğun olmasına çalışmış,
muğam musiqi dramaturgiyasının
daha geniş miqyaslı səslənməsini
nəzərdə tutmuşlar.
Belə guşələrdən
biri də «Pişi-zəngulə» və
«Zəngulə» adlanan guşələrdir.
Bu guşələrə qulaq asaq.
«Zəngulə»
nə deməkdir? Zəngulə – balaca
zəng, zınqırov, qumro deməkdir.
Məlum olduğu üzrə, hazırda
zəngulə termini musiqimizdə tamamilə
başqa məfhumu ifadə edir. Zəngulə
Azərbaycan vokal musiqisində çox
geniş istifadə olunan ifaçılıq
priyomlarından biridir. Burada müğənni
müəyyən səs ətrafında
müxtəlif melodik fiqurasiyalar işlədir.
Bununla da səsini hər yandan bəzəmiş
və zinətləndirmiş olur.
Əvvəllərdə
isə «Zəngulə» və «Pişi-zəngulə»
«Çahargah» muğamı güşələrindən
birinin adı idi.
«Gahargah» muğamında
bu guşədən sonra, adətən
«Bədr» deyilən guşə gəlir.
«Bədr», yəni
on dörd gecəlik ay. Xalq musiqiçilərimiz
ay işığını «Çahargah»
muğamına daxil edilən bu geniş
və vüsətli musiqi səsləri
ilə tərənnüm etmişlər.
«Bədr»
guşəsindən sonra adətən
«Zabil», daha doğrusu, «Zabuli-qəbri»
adlanan guşə gəlir. «Zabil» Seystan
vilayətində mərkəzi şəhərlərdən
birinin adıdır. Qədim zamanda
bu şəhər Nüsrətabad
adlandırılırdı.
Ümumiyyətlə,
muğamatda geniş yayılmış
coğrafi adlar, məsələn,
«Şüştər»,
«Hicaz», «İraq», «Bayatı-Şiraz»,
«Bayatı-İsfahan», «Maqrənnəhr»
və yaxud ayrı-ayrı qovmilər,
qəbilələrin adlarından,
məsələn, «Əfşarı»,
«Bayatı-türk», «Bayatı-Qacar»,
«Bayatı-Kürd», «Bayatı-Əcəm»
kimi istifadə olunması məsələsinin
əsil səbəbləri, hələlik
qəti olaraq müəyyən edilməmişdir.
Lakin «Zabil» ilə əlaqədar olaraq,
bunu qeyd edə bilərik ki, bu şəhərin
Seystanda olmasına baxmayaraq, «Zabil-Segahının»
məhz Azərbaycanda yaranmasını
və həm də «Segah»ın
bütün Şərq və Yaxın
Şərq aləmində Azərbaycanda
daha böyük bir ustalıq və
məharətlə, daha incə bir
zövq ilə ifa edildiyini nəzərə
alsaq, bu şöbənin «Çahargah»
muğamından bilmərrə çıxarılması
işinin tamamilə həyati olduğunu
yəqin edərik.