2
«Çahargah»
muğamının kökü iki
tamamilə eyni tərkibdə olan dörd
səsin bir-birilə birləşməsindən
əmələ gələn səssırasından
ibarətdir. Bu dörd səsdən
birincisi:
Bu
dörd səsin ikincisi isə, öz
tərkibi etibarilə eyni ilə birinci
kimidir. Qulaq asın:
Bu
iki dörd səsi bir-birilə birləşdirdikdə,
«Çahargah» muğamının kökünü,
yəni «Çahargah» müğamının
səssırasını əldə
etmiş oluruq. Fikir verin:
İndi
hətta heç bir melodiya, heç
bir mahnı belə qoşmadan yalnız
bu səssırasını çalmış
olsaq belə, «Çahargah» müğamının
şüurumuzda yaratdığı
təsiri əldə etmiş olarıq.
Azərbaycan
xalq musiqisinin əsaslarını elmi
cəhətdən dərindən tətbiq
edən böyük bəstəkarımız
Üzeyir Hacıbəyov ümumiyyətlə
muğamların meydana gəlməsi
və inkişaf etməsi tarixindən
bəhs edərək göstərir
ki. Yaxın Şərq xalqlarının
musiqi mədəniyyəti hələ
XIV əsrdə çox böyük
nailiyyətlərə çata bilmiş
və 12 sütunlu, 6 bürclü
möhtəşəm bir imarət
kimi yüksəlməkdə idi. Bu
əzəmətli dəstgahın
zirvəsindən dünyanın dörd
tərəfinə böyük mənzərə
açılmışdı. Əndəlisdən
ta Çinə qədər və
Afrikadan Qafqaz dağlarına qədər
olan ucsuz-bücaqsız böyük
və geniş bir üfüq bu dəstgah,
bu imarət zirvəsindən seyr edilə
bilirdi.
Üzeyir
Hacıbəyov qeyd edir ki, bu musiqi
mədəniyyəti sarayının
inşasında qədim yunan musiqi
nəzəriyyəsini mukəmməl surətdə tədqiq etmiş böyük
alim Əbu-Nəsr Fərabi, məşhur
tacik filosofu və alimi Əbu-Əli
Sina kimi görkəmli musiqişünaslar
iştirak etmişlər. Sonralar, yəni
XIV əsrin axırlarında xalqların
ictimai-iqtisadi və siyasi həyatında
baş verən dəyişikliklər
ilə əlaqədar olaraq meydana gəlmiş
sarsıntılar nəticəsində
bu möhtəşəm musiqi imarəti
uçulub – dağılmağa başladı.
Yaxın
Şərq xalqları bu xərabazara
çevrilmiş musiqi binasının
ən dəyərli qalıqları
ilə öz xalq musiqi əsasları
materialını bir yerə qatıb,
hərə öz musiqi ibadətgahını
bərpa etmiş oldu. Təbiidir ki,
bütün bu keşməkeşlər
nəticəsində muğamlar böyük
dəyişmələrə məruz
qalmışdılar. Belə ki, əvvəllər,
sözün həqiqi mənasında,
əsil muğam kimi qəbul edilmiş
dəstgahlar sonralar bu və ya başqa
muğamların bir hissəsi, müəyyən
bir şöbəsi halına çevrilmiş,
bəzən isə əksinə, əvvəllər
muğamın yalnız bir şöbəsi
kimi tanınmış olan musiqi parçaları
sonralar müstəqil bir müğam
mahiyyətini kəsb etmişdir. O
cümlədən, əvvəllər
heç də müstəqil bir müğam
olmayan «Çahargah» müğamı
meydana gəldiyi vaxtdan bəri özlüyündə
böyük dəyişikliklərə
məruz qalmışdır.
XIX
əsr Azərbaycan musiqişünaslarından
Mir Möhsün Nəvvabın yazdığına
görə, «Çahargah»ın ifadə
qüvvəsi göy gurultusunu təsvir
etmək yolu ilə əldə edilmişdir.
Halbuki başqa bir çox yaxın
Şərq ölkələrində
«Çahargah» müğamının
əsas etibarilə qəm, qüssə,
kədər və inilti duyğularını
ifadə etdiyini xüsusi olaraq qeyd
edirlər.
«Çahargah»
müğamının göy gurultusundan
iqtibas edildiyini Uzeyir Hacıbəyov
da Azərbaycan opera sənəti haqqında
yazmış olduğu bir məqaləsində
göstərir. Buna görə də
heç təsadüfi deyildir ki, «Koroğlu»
operasının III pərdəsində
Qıratın Həmzə bəy tərəfindən
oğurlanıb qaçırılması
səhnəsində bəstəkar
şiddətli göy gurultusunu, ildırım
çaxmasını və təbiətin
sanki təlatümə başlamasını
məhz «Çahargah» muğamı
əsasında bəstələdiyi
son dərəcə ifadəli musiqisi
ilə təsvir etmişdir.
Bununla
bərabər Ü.Hacıbəyov
«Çahargah» muğamının həyəcan
və böyük ehtiras duyğularını
ifadə etdiyini də göstərir.
Budur, yoldaşları məzəmmət
edərək Leylini Qeysdən ayırıb
özləri ilə aparırlar. Qeys
tək qalır. O, acı iztirab dəqiqələri
keçirməkdədir. Qəlbi böyük
həyəcan duyğusu ilə çırpınır.
Nə edəcəyini, haraya gedəcəyini
bilmir. Qeys bu halda tora düşmüş
quş kimi nicat yolu axtarır. Nəhayət,
taqətdən düşüb yerə
sərilir. Qeysin bu gərgin vəziyyətini
olduqca inandırıcı, demək
olar ki, əyani surətdə təsvir
edən simfonik epizod «Çahargah»
kökündə bəstələnmişdir.
Həmin bu musiqi materialı əsasında
Ü.Hacıbəyovun sonralar yazdığı
«Məcnunun atasının ariyası»
adlı musiqi əsəri də «Çahargah»
muğamı kökündə bəstələnmişdir.
Övladını ürəkdən
sevən, onun iztirab və həyəcanlarına
dözməyən atanın nəsihət
sözlərini «Çahargah» muğamı
olduqca ifadəli və təsirli səsləndirir.
İstedadlı nəğməkarımız
Bülbül bu ariozonu əsil sənətkar
ilhamı ilə ifa edir.
Azərbaycan
xanəndə və sazəndələri
xüsusən XIX əsrdən başlayaraq,
«Çahargah» muğamını nikbin
bir əhval-ruhiyyəni tərənnüm
edən yüksək heysiyyət, gümrahlıq
və iftixar duyğusu ilə ifa etmişlər.
Bütün
başqa müğamlar kimi, «Çahargah»
muğamı da tamam-dəstgah ifa edildikdə
ilk əvvəl onun muqəddiməsi
çalınır.
Muğam muqəddimələrinə
«dəraməd», ya da «pişi-dəraməd»
deyilir. Bu söz qədim xalq tamaşalarında
iştirak edən aktyorların məclisə,
ya da meydana gəlişini andıran
«amədən», yəni gəlmək,
daxil olmaq sözündən götürülmüş,
sonralar isə xüsusi bir musiqi termini
kimi qəbul edilmişdir.
Muğam dəramədi,
adətən müəyyən vəzində
və həm də dəqiq ölçülü
musiqidən ibarət olur. Oxunacaq muğamın
kökündə tərtib olunan dəraməd
və pişi-dəramədlər
opera tamaşasından əvvəl
çalınan uvertüra vəzifəsini
daşıyır. Bu musiqi dinləyicini
gələcək musiqi həkayətinə
hazırlamış olur.
Əgər
«Çahargah» muğamı yalnız
müəyyən bir musiqi aləti
ilə solo şəklində ifa ediləcək
olursa, o zaman onun dəramədi də
öz şəkli və quruluşu
etibarı ilə indicə eşitdiyimiz
dəraməddən fərqlənir.
Burada muğamın hansı musiqi alətində
ifa edilməsi cəhətinin də
böyük əhəmiyyəti vardır.
Tarda çalınan «Çahargah»ın
dəramədi, şübhəsiz
ki, kamançada ifa edilən dəraməddən
hətta öz melodik quruluşu etibarı
ilə seçilir. Bu təfavüt
məhz musiqi alətinin xüsusiyyətindən,
onun malik olduğu ifadə vasitələrindən
irəli gəlir. Görkəmli sovet
bəstəkarı Qliyer «Şahsənəm»
operasında skripkada çalınacaq
«Çahargah» üçün kamanca
«Çahargahı» dəramədini
çox düzgün, həm də
nəfis bir tərzdə bəstələmişdir.