QARA QARAYEV
2
1945-ci
il mayın 4-də, yəni Böyük
Vətən müharibəsinin qurtarmasına
bir neçə gün qalmış
M.F.Axundov adına Azərbaycan Dövlət
Opera və Balet Teatrının səhnəsində
Qara Qarayevin Cövdət Hacıyevlə
birlikdə yazdığı «Vətən»
qəhrəmani-vətənpərvərlik
operası tamaşaya qoyulur. Həmin
operaya görə müəlliflər
1946-cı ildə Dövlət mükafatına
layiq görülürlər.
Lakin
Q.Qarayevin ilk böyük müvəffəqiyyəti
– «Leyli
və Məcnun» simfonik poeması
olur. Bu simfonik əsər XII yüzilin
dahi Azərbaycan şairi, mütəfəkkiri
Nizami Gəncəvinin eyniadlı poemasının
motivləri əsasında yazılıb.
Şərqin Cülyetta və Romeosu -
Leyli və Məcnunun nakam məhəbbəti
haqqında böyük dramatizm aşılanmış
musiqi hekayətini həyəcansız
dinləmək qeyri-mümkündür.
Qarayev burada qarşı-qarşıya
duran iki zidd qüvvənin ölüm-dirim
mübarizəsini musiqi dili ilə
canlandırır. Amansız tale və
ali sevgi, kədər və ümid,
məyusluq və səadətə
inam, zülmət və işığın
qarşıdurması faciə ilə
bitir. Laikn əsərin sonunda səslənən
Leylinin həzin, saf və gözəl
mövzusu məhəbbətin sonsuzluğu
və əbədiliyi ideyasını
ifadə edir1.
Qarayevin
50-ci illərdə yazdığı
iki balet onun yaradıcılığının
zirvəsidir. Burada
bəstəkar
klassik baletin ənənələrindən,
Çaykovski, Prokofyev təcrübəsindən,
habelə Azərbaycan musiqili-xoreoqrafiya
sənətinin nailiyyətlərindən
məharətlə bəhrələnmiş,
geniş simfonik nəfəsi ilə
seçilən novator əsərlər
yaratmışdır. Baletlərdə
mürəkkəb fəlsəfi, ictimai
mövzuları təcəssüm
etdirən Qarayev bu janrın imkanları
haqqında təsəvvürləri
xeyli genişləndirmişdir.
«Yeddi
gözəl»i yazarkən Qarayev
yenidən dərin fəlsəfi fikirlər,
yüksək mənəviyyat, parlaq
obrazlar dolu Nizami dünyasına üz
tutur. Şairin beş poemadan ibarət «Xəmsə»sinin
əsas ideyalarından təkan alaraq,
Qarayev xalqın taleyi və arzuları,
insan şəxsiyyətinin gözəlliyi,
yüksək etik mənada başa
düşülən məhəbbət
haqqında musiqili-xoreoqrafik poema yaratmışdır.
Baletdəki
«Yeddi portret» süitası Qarayev sənətkarlığının
gözəl nümunəsidir. Burada
bir-biri ilə kəskin təzad təşkil
edən yeddi - hind,
bizans,
xarəzm,
slavyan,
məğrib,
çin və iran
gözəllərinin rəqsləri
verilir. Süitanı qapayan vals
öz parlaq orkestr boyaları ilə
valeh edir. Burada Qarayev böyük ixtiracılıqla
Azərbaycan muğamı çahargahın
intonasiyalarını vals janrının
səciyyəvi əlamətləri
ilə uzlaşdırır.
1958-ci
ildə Leninqrad Opera və Balet Teatrının
səhnəsində Qarayevin «İldırımlı
yollarla» baleti böyük müvəffəqiyyətlə tamaşaya
qoyulur. Baletin süjeti əsasında
XX əsr Cənubi Afrika yazıçısı
Piter Abrahamsın eyniadlı romanı
durur. İlk dəfə balet səhnəsində
o dövrün ən mühüm mövzularından
biri – müstəmləkəçilik
zülmü və köləliyə
qarşı mübarizə mövzusu
öz təcəssümünü
tapır. Lakin ictimai-siyasi kontekstin
bütün əhəmiyyətinə
baxmayaraq, məhz məhəbbət
– öz yolunda
bütün maneələri dəf
etmək, düşmənçiliyə
belə qalib gəlmək iqtidarında
olan böyük insan sevgisi baletin əsas
ideyasını təşkil edir.
«Bəşər
övladları, zəmanəmizin mahnısını
oxuyun. Nifrət, ədavət, müharibə
haqqında yox, məhəbbət haqqında
oxuyun!» Baletin əvvəlində səslənən
P.Abrahamsın bu sadə və səmimi
sözləri Qarayevin mövqeyini çox
gözəl ifadə edir.
Cənubi
Afrika folklorunun qeyri-adi üslub xüsusiyyətlərini
müasir musiqinin zəngin imkanları
ilə uzlaşdıran Qarayev ehtiras
dolu adajioları, temperamentli rəqsləri,
füsunkar peyzajları, gərgin dramatik
epizodları ilə valeh edən obrazca
rəngarəng, çox emosional musiqi
yaratmışdır.
Baletin
ən şairanə nömrələrindən
biri – «Layla»
Qarayevin nəcib, səmimi və təmkinli
lirikasına səciyyəvi nümunədir.
Zərif harmonik boyaları, yığcam
və aydın forması ilə fərqlənən
bu musiqidə nəvaziş, xəyalpərvərlik,
eyni zamanda sonsuz kədər və
gizli gərginlik vardır.
Dramaturji
sənətkarlığı, böyük
simfonik vüsəti, xoreoqrafik formaların
novator təfsiri ilə fərqlənən
«İldırımlı yollarla» baletinə
görə Q.Qarayev 1967-ci ildə SSRİ-də
ən fəxri mükafat – Lenin mükafatına
layiq görülmüşdür.
Bütün
sadaladığımız əsərlərdə
bəstəkar dönmədən Azərbaycan
musiqisinin ifadə vasitələrini
genişləndirir, stereotipləri
dəf edərək sənətimizə
keyfiyyətcə yeni obrazlar gətirməyə
çalışırdı. Görkəmli
Azərbaycan yazıçısı
Anar Qarayevi «gələcəyin səfiri»
adlandırmışdır. Bəstəkarın
dövrünü xeyli qabaqlayan, gələcəyə
pərvazlanan, yenilikçilik ruhu ilə
aşınlanmış axtarışları
çox zaman birmənalı qarşılanmırdı.
Bəzən müasirləri «Leyli
və Məcnun» simfonik poemasının,
«Yeddi gözəl» baletinin, simfoniyaların,
Violino konsertinin novator mahiyyətini
dərk etmək iqtidarında olmayıb,
bəstəkarı Azərbaycan musiqisinin
lad-intonasiya normalarına riayət
etməməkdə suçlayırdılar.
1.
2001-ci ildə Azərbaycan Dövlət Akademik
Opera və Balet teatrının səhnəsində
«Leyli və Məcnun» simfonik poemasının
musiqisi əsasında eyniadlı balet
tamaşaya qoyulmuşdur. Baletmeyster
– G.Aleksidze.