|
MƏCNUNUN
atası və MƏCNUN elçilərlə
səhnəyə daxil olurlar. LEYLİNİN
atası onları oturmağa dəvət
edir. |
|
|
MƏCNUNUN
ATASI |
Ey
qədrlə qibleyi-qəbail!
Səndən hamının muradı
hasil,
Əslü nəsəbim sənə
əyandır,
Hökmüm neçə min evə
rəvandır.
Məşhuri-qəbailəm saxədə,
Mərufi-tövaifəm ətadə.
Nəxli-əməlim səmər
veribdir,
İyzəd mənə bir gühər
veribdir.
Hala dilərəm bu türfə
lölu,
Bir ləlin eşitmişəm sənin
var,
Kim, lölöümə odur səzavar.
Lütf eylə, inayətü kərəm
qıl!
Ol ləl ilə dürrü möhtərəm
qıl! |
|
LEYLİNİN
ATASI: |
Ey qovm
içində bir xirədmənd!
Mən kimi əsiri-dami-fərzənd!
Müşkülcə xitabdır
xitabın,
Bilmən necə verəyim cəvabın?
Qürbün bilirəm mənə
şərəfdir,
Əmma xələfin əcəb,
xələfdir.
«Məcnun»–deyə tən edər
xəlayiq,
Məcnuna mənim qızım nə
layiq? |
|
|
MƏCNUN: |
Yarəb,
bəlayi-eşq ilə qıl aşina
məni
Bir dəm bəlayi-eşqdən
etmə cüda məni!
Az eyləmə inayətiniəhli-dərddən,
Yəni ki, çox bəlalərə
qıl mübtəla məni!
Olduqca mən götürmə bəladan
iradətim!
Mən istərəm bəlanı,
çün istər bəla məni.
|
MƏCNUN
və elçilər gedirlər.
«Şur» çalınır. |
|
LEYLİNİN
ATASI: |
Nəslilə olur bəqayi-insan,
Nəzmi bəşərü nizami-dövran.
Can cövhərinə bədəldir
övlad,
Övlad qoyan qoyar həmin ad.
Xoş ol ki, xələfdən ola
xoşdil,
Dünyadə bir oğlu ola qabil.
Ah, olsa əgər səfihü-sərkəş.
Ətvari-kərihü, xülqü-naxoş.
Təşni oxuna olub nişanə,
Bizar ola ondan atə, anə. |
LEYLİNİN
atası gedir. LEYLİ gəlir.
«Zəmin-Xara» çalınır.
|
|
LEYLİ: |
Fələk
ayırdı məni cövr ilə
cananımdan.
Həzər etməzmi əcəb
naləvü əfqanımdan.
Qəmi-pünhan məni öldürdü,
bu həm bir qəm kim, Gülrüxum
olmadı agah qəmi-pünhanımdan.
|
|
|
LEYLİ: |
Xilafi-rəyim ilə, ey fələk,
mədar etdin!
Məni gül istər ikən mübtələyi-xar
etdin! |
|