|
Məcnunun
atası gəlir. «Çargah»
çalınır.
|
|
MƏCNUNUN
ATASI: |
Ey
bülbüli-bustani-bidad,
Hərgiz rəvişindən olmadım
şad,
Hali-dilini mənə bəyan et,
Əsrari-nihanini əyan et!
Kim aldı əlindən ixtiyarın?
Kim eylədi tirə ruzigarın?
Nə seyrdəsən,sənə
tələb nə?
Bu naleyi-zarına səbəb nə?
Dəryadə isə sənə
düri-kam,
Sən söylə, mən eyləyim
sərəncam.
|
|
MƏCNUN: |
Ey piri-şikəstə
halü-naşad,
Tanrıyçün əlimdən
eyləmə dad.
Demə ki, nədir bu macaralər,
Səndən mənə yetdi bu bəlalər.
Mən bilməz idim qəmi-cəhani,
Təşvişi-zəminü asimani.
Bilməzlik ilə xoş idi halim,
Nə hüsn, nə eşq idi xəyalim.
|
Məcnunun
anası gəlir.«Müxalif» çalınır.
|
|
MƏCNUNUN
ANASI: |
Ey
rahəti-canü nuri-didə!
Fərzəndi-yeganeyi-guzidə!
Məhbub həm istəsən, kəm
olmaz.
Biz kim səniniz, sənə qəm
olmaz.
Vardır bu həşəmdə
min qəbilə
Hər taifə içrə min cəmilə,
Bir-bir qılalım qamu sənə
ərz,
Yetsin yerinə bizə olan fərz.
Bizdən bu nəsihəti qəbul
et!
Hər ləhzə bizi yetər məlul
et!
|
|
MƏCNUN: |
Ey
ruhi-rəvanım ata, ana!
Kami-dilü canım ata, ana!
Bildim bu işi özümə layiq,
Leyli sənəmə mən oldum
aşiq,
Sonra olubam bu işdən agah,
Əmma nə deyim, nə söyləyim,
ah!
Yoxdur bu işimdə ixtiyarım,
Zəbtimdə inani-iqtidarım!
Əql oldu zəifü eşq qalib,
Xatir nigəran, nigar cazib.
Mən yekcəhətəm təriqətimdə,
Təğyir işi yox cibillətimdə.
|
|
|
MƏCNUNUN
ATASI: |
Can vermə qəmi-eşqə
ki, eşq afəti-candır,
Eşq afəti-can olduğu məşhuri-cahandır.
Yaxşı görünür surəti
məhvəşlərin,əmma
Yaxşı nəzər etdikdə,
sərəncamı yamandır.
Eşq içrə əzab olduğun
ondan bilirəm kim,
Hər kimsə ki, aşiqdir, işi
ahü fəqandır. |
|