|
«Bayatı-Şiraz»
çalınır. Məcnun başı
açıq, ayağı yalın
səhnədə görünür. |
|
MƏCNUN: |
Fəzayi-eşqi
çün gördüm, səlahi-əqldən
durəm,
Məni risva görüb, eyb etmə,
ey naseh ki, məzurəm!
Əgər çaki-giriban eyləsəm,
mən eyləmən, çün
mən
Mətai-nəngdən ari,
libasi-ardan urəm.
Mənü səhrayi-vəhşət,
mənzil etmən afiyət güncün,
Əsiri-dami-zülmət olmazam,
çün talibi-nurəm.
|
«Bayatı-Kürd»
çalınır. Məcnun dağa
üz tutub oxuyur. |
|
|
Ey güşənişini-pakdamən!
Suzi-cigərimdən oldun agah.
Əhsənt-əhsənt, barəkəllah!
Səndən mənə həmdəmi-müvafiq,
Dağ ilə olur həmişə
aşiq.
Gəl, ağlayalım bu macərayə,
Bir dəm qoşalım səda-sədayə!
|
«Rast» çalınır.
Məcnunun atası gəlir. Məcnunu
axtarıb tapır. |
|
MƏCNUNUN
ATASI
: |
Ey
cövhəri-canımın həvası,
Ey dideyi-bəxtimin ziyası!
Səndən nə rəva bu macəralər,
Sərmayeyi-eyb olan sədalər?
Derdim olasan mənim pənahim!
Fəxrim, şərəfim, ümidgahim.
Vəhşilər ilə nədir
bu birlik?
İnsan ilə xoş deyilmi dirlik?
Rəhm et məni zarü namuradə,
Qoyma bu məşəqqətü
bəladə!
|
|
|
MƏCNUN: |
– Söylə
görüm, ey mənə verən
pənd,
Kimsən və nədir bu köftigulər?
Bifaidə batil arizulər?
Get, dərdimə sən dəva
deyilsən!
Biganəsən, aşina deyilsən!
Mən böylə kəlamə
tutmazam guş,
Leyli sözü söylə, yoxsa
xamuş!
|
|
|
MƏCNUN: |
Eşq dərdi,
ey müalic, qabili-dərman deyil,
Cövhərindən eyləmək
cismi cüda, asan deyil.
Dövr-cövrindən şikayət
edənə aşiq demən,
Eşq məsti vaqifi-keyfiyyəti-dövran
deyil.
Canı, canan ittihadı-fariq eylər
cismdən,
Cismdən agah olan can, vasili-canan deyil.
|
Nofəl
kağız yazıb göndərir.
«Kabili» çalınır. |
|
MƏCNUN: |
Şükr
eylərəm, ey yeganeyi-əhd!
Tədbirimə çoxlar etdilər
cəhd.
Səndə bilirəm ki, lütf
çoxdur,
Nə sud ki, məndə bəxt
yoxdur.
Bəxtim, bilirəm mənim, yamandır,
Sud istədiyim mənə ziyandır.
|
|
|
MƏCNUN: |
Ey Nofəl,
mən fədayi-yarəm,
Vəslinə, onun ümidvarəm,
Xoşdur ki, bulam vüsalə fürsət,
Yarım tərəfində ola nüsrət,
Gör qətlimə dust çəksə
şəmşir,
Yox məndə rizadan özgə
tədbir.
Xoşnud deyilmiyəm bu halə,
Ki, canı verəm, yetəm vüsalə.
|
Bu
zaman LEYLİNİN atası ilə
İBN-SƏLAM qılınclarını
NOFƏLİN ayağına tullayır.
LEYLİNİN atası NOFƏLƏ
müraciətlə oxuyur. |
|