|
|
|
ZEYD: |
Dün
əxtəri-bəxtin buldu tirə,
Dövran sitəm etdi sən fəqirə.
Yar, İbn-Səlamə ruzi oldu,
Ruzi sənə dərdi, suzi oldu.
Əğyar ilə oldu yar Leyli.
Var, indi sən ondan al təsəlli.
|
«Şüştər» çalınır.
Məcnun oxuyur. |
|
MƏCNUN: |
Qeyr ilə hər dəm
nədir, seyri-gülüstan etdiyin?
Bəzm edib, xəlvət qılıb,
yüz lütfü ehsan etdiyin?
Əhd bünyadın, mürüvvətdirmi
viran etdiyin?
Hanı, ey zalım, bizimlə əhdü
peyman etdiyin?
|
Məcnun
toy evinə gedir. «Şüştər»
çalınır.
|
|
MƏCNUN: |
Cürmimiz
noldu ki, bizdən eylədin bizarlıq?
Biz qəmin çəkdik, sən
etdin özgəyə qəmxarlıq.
Sizdə adət bumudur, böylə
olurmu yarlıq?
Hanı, ey zalım, bizimlə əhdü
peyman etdiyin? |
|