~ Çap nəşrləri ~
~
Metodiki işlər~

 

 

 

TARİYEL MƏMMƏDOV
MUSİQİ FOLKLORUNUN TOPLANILMASI,
YAZIYA ALINMASI VƏ QORUNMASI HAQQINDA


İÇİNDƏKİLƏR

7

* * *

Folklor irsinin tədricən unudularaq, yalnız bir qisminin yaşlı nəslin yaddaşında saxlanılmasına baxmayaraq, onun saysız-hesabsız nümunələri xalq yaradıcılığı abidələri kimi qayğıkeşliklə qorunur, professional və həvəskar musiqi kollektivlərinin repertuarının əsasını təşkil edir. O cümlədən, uşaq folklor ansambllarının sayının artması da bu prosesin səciyyəvi cəhətlərindən biridir.

Şübhəsiz, tədricən unudulan xalq musiqi irsinin qorunmasını birinci dərəcəli məsələ kimi ön plana çəkən etnomusiqişünas – folklorçulara haqq qazandırmaq lazımdır. Belə ki, onlar qədim mahnıların və xalq yaradıcılığı nümunələrinin ən qədim nümunələrinin fəal və operativ şəkildə toplanılması və yazılması çağırışı ilə çıxış edirlər.

Lakin onu da deməliyik ki, bugünkü folklorçular ölkəmizin hansısa bir bölgəsinə yollanaraq, qədim köklərin axtarışı ilə məşğul olursa da, o, mahnı – rəqs ənənələrinin mürəkkəb kompleksi və təsadüfi, kənardan gətirilmiş musiqi materialı ilə qarşılaşmış olur.

Uzun müddət ənənələrin inkişaf prosesini izləmək diqqəti gəlb edən bir məsələdir. Belə eksperimentlər zamanı toplanmış material ənənəvi folklorda olan müasir, həyati keyfiyyətləri, onun yeni ictimai şəraitdə inkişafı, gənc nəsillə səsləşən xüsusiyyətləri üzə çıxarır. Bunu dərk etmək və qədim dövrdən bizə gəlib çatan folklor əsərlərini qoruyub saxlamaq çox vacibdir.

Xalq musiqi təfəkküründə özünü göstərən təkamül faktorunu, yeni musiqi – üslub cizgilərinin, ifadə vasitələrinin təşəkkülünü də qeyd etmək çox vacibdir. Bu proses mürəkkəb şəraitdə, xalq musiqi məişətindəki bədii və qeyri – bədii cəhətlərin, yeniliyin və köhnəliyin mübarizəsi şəraitində gedir və onun əsas xüsusiyyəti yeni musiqi (və həm də musiqiyə aid olmayan) informasiya axınının fəal qavranılması və bilavasitə yaradıcılıq prosesinə müvəqqəti olaraq üstün gəlməsindən ibarətdir.

Xalq musiqi yaradıcılığı nümunələrinin toplayıcılarının əsas tədqiqat predmeti olan ənənəvi folklora gəlincə, qeyd etmək lazımdır ki, etnomusiqişünaslar onun müasir həyatla uyğunlaşmayan xüsusiyyətlərini «unudulmaqdan xilas etməli», müasir yaradıcılıq formaları ilə qarşılıqlı əlaqəsini, musiqi folklorunun yeni yaranmış ənənələrinin inkişafını öyrənməlidirlər.

GIRIŞ:    səhifələr      1    2     3     4     5     6     7    8