~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
 
III HİSSƏ

AŞIQ HAVALARI MUSİQİ
QURULUŞUNUN ƏSASLARI

MELODİYA

2

Söyləmələrin üstünlük təşkil etdiyi havacatda «sıfır dərəcəli» yaxud «yerində sayan interval addımları» (Y.Kats) adlanan üfqi hərəkət aydın nəzərə çarpır51:

Melodik inkişafın gərgin yerlərində qalxan və enən sıçrayışlara da rast gəlmək olar. Lakin onların yaranması kvarta, kvinta, septima və oktava ölçülü fəal interval addımlarının enmələri kimi izah olunmalıdır52:

Bundan savayı, sıçrayışlar çox zaman melodiyanın dayaq nöqtəsinə istiqamətlənmiş kvinta yaxud seksta intervallı yüksəlişlər üçün istifadə olunur53:

Havacatda melodiyanın rəvan axarı, səsyüksəklikli dalğaların dönə-dönə təkrarı (sabit təkrarlar və «şəbəkəli, hörgülü» təkrarlar şəklində) melodik hərəkətin sıxlığı, dolğunluğu — yə’ni melodik inkişafın gərginliyi və səmərəliliyi təsəvvürü yaradır54.

Bir çox havacatda ən yüksək səsdən başlanğıc hərəkət əsas şərtlərdən biridir55:

Verilən nümunədə uzadılan başlanğıc səslə onun davamı olan gəzişmə arasındakı fərq böyük mə’na kəsb eləyir. Buradakı təzad nəfəsdən bacarıqla istifadə edə bilmə sayəsində başa gəlir. Aşıq nəfəsi opera müğənnisinə xas olan çox çətin ibarələri düzgün, səhvsiz, səsi yatımlı ifa etməyə imkan verir.

Hətta gücləndirilmiş, «ey!» nidasına oxunan yüksək, hərəkətsiz səs vəzn bölgülərinə ayrıla bilər (bərabər və qeyri-bərabər) və «kulminasiya hərəkətin lap başlanğıcı da ola bilər»56 fikrini əsas götürsək, oxumanın baş kulminasiyası, gərginliyin yüksək nöqtəsi kimi qəbul edilə bilər.

Adi kulminasiyalardan fərqli, aşıq havacatında özbək «aucu» və türkmən «şirvanını» xatırladan şıdırğı çalğı bölmələri yaranır. Onlar əsasən II və III melobəndlərə çalğı müqəddimələrində yerləşir.

Misal olaraq «Mina gəraylı», «Keşişoğlu», «Baş sarıtel», «Orta müxəmməs», «Cəlili», «Quba Kərəmi», «Orta Sarıtel», «Yanıq Kərəmi», «Kürdü gəraylı», «Misri Koroğlu» havalarını göstərmək olar57. Mərkəzi çalğı kulminasiyaları adətən havacatın «qızıl bölgü nöqtə»si ilə üst-üstə düşürlər.

AŞIQ HAVALARI MUSİQİ QURULUŞUNUN ƏSASLARI. MELODİYA:     səhifələr    1    2