~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
 

I HİSSƏ

XALQ-PROFESSİONAL MUSİQİSİ

1

Azərbaycan xalq professional musiqi mədəniyyəti əsası ictimai şüurun inkişafının ayrı-ayrı mərhələlərində yaranan iki gerçəkliyin əksetmə üsulundan, daha doğrusu, iki bədii təfəkkür sistemindən ibarətdir. Hər bir sistem müəyyən mə’nəvi ehtiyacların ödənişi məqsədi ilə meydana gəlib və həmin məqsədlərin həllində yetkindirlər.

Bizi maraqlandıran «xalq-professional» anlayışının mahiyyətcə və məzmunca tə’yini ancaq bədii mədəniyyətin adı çəkilən hər iki sahəsinin müqayisəsi yolu ilə mümkündür4.

«Xəlqilik» və «professionallığ»ın birgə fəaliyyəti və qarşılıqlı tə’siri, həm də bu mədəniyyət daşıyıcılarının yaradıcılığı qarşılıqlı ünsiyyət, daha doğrusu, «müəllif» (göndərişçi, ifadəçi) — «əsər» (xəbər, bildirmə) — «alan» (alıcı)» sistemi üzrə əyani ifadə olunur. Belə metodoloji quruluş həm xalq, həm professional şifahi bədii musiqi mədəniyyətinin ümumi cəhətidir.

Quruluşun əsaslarının sxem şəklində nəzərdən keçirilməsi aşağıdakıları aşkarlayır:

I. Müəllif (göndərişçi), müəllif işinin xüsusiyyətləri



II. Əsər (xəbər, bildirmə), ifanın xüsusiyyətləri.

XALQ-PROFESSİONAL MUSİQİSİ:    səhifələr      1     2     3