~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
 
III HİSSƏ

AŞIQ HAVALARI MUSİQİ
QURULUŞUNUN ƏSASLARI

MELODİYA

1

Havacatda «məqam melodik inkişafın vasitəsilə dərk olunur» (B.Asafyev). Müstəqil və sabit dayaq səs pərdələri məqamın quruluşunda təkcə vəzni və dinamik imkanları ilə deyil, melodik xətlə də təsdiq olunur ki, həmin xətti hərəkətin ən geniş yayılmışlarından dayaq pərdələrə hamar eniş və zil kvarta intervallı sıçrayışın səslərlə «doldurulmasıdır»47:

Çox zaman qısa məsafəyə pillə-pillə qalxma və enmə də baş verir48:

Havacatda məqam dayaq nöqtələri yaxınlıqdakı qeyri-sabit səslərlə «ətraflanır». Sekundalı «toxunmalar» (zilə yaxud bəmə) və sonrakı qayıdışlar, peyklərin öz mərkəz oxu ətrafında fırlanmasına oxşar hərəkətlər havacatın melodik ifadəliliyini artırır və zənginləşdirir49:

Bə’zən ən sadə enmə yaradan səs birləşmələri (ardıcıllıqları) nümunəvi məzmun modelləri şəklini alır ki, bu da mahiyyətcə tamamlayıcı «ayaq» dairəsində «qabaqlama» (ïðåäúåì) prinsipinə uyğundur:

Havacatda bədii musiqi dilinin bütövlüyünü tə’min edən ən əhəmiyyətli amillərdən biri də sekvensiyaların (o cümlədən, dəqiq və qeyri-dəqiq, qalxan və enən) çoxluğudur50:

AŞIQ HAVALARI MUSİQİ QURULUŞUNUN ƏSASLARI. MELODİYA:     səhifələr    1    2