~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
 
III HİSSƏ

AŞIQ HAVALARI MUSİQİ
QURULUŞUNUN ƏSASLARI

MƏQAM

12

Nəhayət, V bölmənin «Çoban bayatı» (16, ¹42) və «Atüstü Kərəmi»si (16, ¹52) də «Rast» əsasdadırlar:

Beləliklə, ən’ənəvi aşıq havacatı geniş inkişafda olan melodik-məqam və ritmik qurmalar olub, müəyyən səsyüksəklilikli sahələr ardıcıllığından ibarətdir.

Bütün melodik hissələr öz varlığı ilə qanunauyğundurlar və nizamlanmış fəaliyyətdədirlər. Çünki havacatın monodik məqamının quruluşu kvarta diatonikasından ibarət səsdüzümə əsaslanır.

Aşağıdakı misallar kvarta diatonikasının havanın quruluşundakı əhəmiyyətini göstərmək üçündür:

Kvarta üzərində qurulan səsdüzümü səs pərdələrinin birindən o birinə hamar keçməyə imkan verir. Bu baxımda havacatın monodik məqamı öz melodik məqam bloklarının daxili dəyişmələri ilə («Rast», «Şur», «Şüştər», 1-ci və 2-ci növ kiçildilmiş məqam) daimi fəaliyyətdə olan sistem tə’siri bağışlayır45.

Aşağıda verilən açıq saz siminin səsdüzümü (dəm sim səsi ilə birlikdə) kvarta diatonikalı melodik blokların əlaqəliliyini əyani şəkildə göstərir:

Qeyd olunmalıdır ki, diatonik səsdüzümün zilləşmiş (artırılmış) və bəmləşmiş (əskildilmiş) pillələri bir-biri ilə qarşılıqlı kvartalı nisbətlər yaradırlar. Məsələn, V bəmləşmiş pillə II bəmləşmiş pillə ilə kvarta nisbətindədir, yaxud III pillənin zilləşməsi VI pillənin də zilləşməsinə səbəb ola bilər. Bununla yanaşı, ikilənmiş pillələr daşıdığı vəzifəcə bir-birindən asılı olmayıb, tam müstəqildirlər.

Məsələn, «Mansırı» havasında eyni zamanda səslənən III natural və bəmləşmiş pillələr (dalbadal xromatizm) əks vəzifə daşıyıcılarıdırlar. Bəmləşmiş pillə II pilləyə, natural pillə isə açıq simin maye dayaq pilləsinə — IV-ə istiqamətlənib, eyni zamanda «Şüştər»in mayesinin bəm sekstası və 2-ci növ kiçildilmiş məqamın başlıca dayaq pərdəsi olaraq qalır.

Qeyri-oktavalı səsdüzümün pillələrinin — məqam vəzifə daşıyıcılarının sıx bağlılığı kvartalı diatonikanın bir cəhətini də görməyə imkan verir. Məqam ostinatoluğu nəzəriyyəsinin əsasını qoymuş S.Skrebkov həmin cəhətin mahiyyətini belə izah edir: «Bu səsdüzümdə kvinta aralığı olan pillələr müxtəlif vəzifə daşıyıcılarıdırlar.

Məsələn, kvarta intervalı üzrə səsləri, kiçik oktavanın «sol» səsindən başlayaraq, maye hesab etsək (I oktavada do, fa, si-bemol), I oktavanın «re» səsi subdominantaya («do» mayesindən sonra bəmə həll olunan 2-ci pillə), kvinta zildə yerləşən «lya» səsi isə (si-bemola həll edilən) dominantaya aid olacaq.

Beləliklə, hətta konsonans üçsəslilər və onların tərkibindəki kvinta və tersiyalar belə vəzifəcə müxtəlifdirlər və hətta hər oktavanın öz yeri görünür. Son nəticədə isə dəyişkən kvarta nizamlı səsdüzüm, başlıca olaraq, təksəsli yaxud geterofon melodik üslub üçün daha məqsədəuyğundur, çünki (belə səsdüzümdə) şaquli harmoniya fəal linearlıqla (melodik xətlərlə) zəngindir»46.

AŞIQ HAVALARI MUSİQİ QURULUŞUNUN ƏSASLARI. MƏQAM:     səhifələr    1    2     3    4    5    6     7    8    9    10     11    12