~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
III HİSSƏ

AŞIQ HAVALARI MUSİQİ
QURULUŞUNUN ƏSASLARI

MƏQAM

3

IV kök —        «Ayaq divanı» havası (16, ¹12, x. 1—10)

V kök —         «Çoban bayatı» havası (16, ¹42, x. 40—48)

Yuxarıdakı nümunələrdən görünür ki, səs toplularının yaranması səs hərəkəti ilə («qolosovedenie») bağlıdır. Onun vasitəsilə səslənmədə qatılaşma və seyrəkləşmələr, polifonik inkişaf əldə olunur.

Bu da Şərq çalğı və oxuma improvizasiyası haqqında təsəvvürlərlə bir araya sığmır. Əlbəttə, Avropasayağı polifoniyadan söhbət gedə bilməz, sadəcə olaraq göstərilənlər aşıq çalğı və oxumasının birgə səslənməsinə xas olan sırf özünəməxsus cəhətlərdir.

Polifonik üsullardan ən geniş yayılmışı burdon («orqannıy punkt») — yə’ni, «dəm saxlama»dır. Aşıq havalarının çalğısında birsəsli dəmə tez-tez rast gəlinir («Heydəri» havası; 16, ¹41, x. 1—14):

AŞIQ HAVALARI MUSİQİ QURULUŞUNUN ƏSASLARI. MƏQAM:     səhifələr    1    2     3    4    5    6     7    8    9    10     11    12