~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
III HİSSƏ

AŞIQ HAVALARI MUSİQİ
QURULUŞUNUN ƏSASLARI

MƏQAM

10

Bir sıra ümumiliklərə, məsələn:

1) harmonik kök (səsdüzümünün IV pilləsinin mərkəzləşdirdiyi);
2) II, III, V, VI, IX pillələrdə xromatik dəyişikliklər;
3) son pillədəki kulminasiyalar;
4) trixordların ilişkənliyi;
5) «dəm» simin səsdüzümdə iştirakı baxımından oxşarlıqlara baxmayaraq, hər bir havanın məqam xüsusiyyətləri fərdidir.

1. «Mansırı» havasının kvarta diatonikasının kəsişmə nöqtəsində — oxumada müstəqil kiçildilmiş (əskildilmiş) məqam əmələ gəlir ki, onun mühüm nişanələrindən əskildilmiş kvarta, məqamın yüksək dərəcədə mərkəzləşməsi və son bəm səs pərdəsinin tək-tək intonasiya ilə oxunması kimilər qeyd edilməlidir. 2-ci növ əskildilmiş məqam quruluşca Azərbaycan məqamı «Şüştərin» tetraxordunun eynidir (1/2T, T, 1/2T). Burada «Şüştər» məqamı və 2-ci növ əskildilmiş məqam intonasiyalarının meydana çıxması haqda danışmaq olar40.

2. «Ovşarı» havası məqam baxımından iki istiqamətə meyllidir: başlanğıc və sonluqda «Şur» məqamı və «şura» xas olan son xanədəki «ayaq» və eyni zamanda ortada (xüsusilə II melodik bəndin başlanğıcında), çalğıda «Rast» məqamının «hazırlanması»41.

3. «Səməndəri» havasında V—VI pillələrin səs dəyişmələri iki əhval-ruhiyyəyə uyğun iki məqam dairəsi yaradır: birincisi — hər üç bəndin çalğı müqəddiməsi və I bənddə lirik, şövqlü «Şur» və ikincisi — II və III melodik bənddə «dərin kədər ruhlu» (Üz.Hacıbəyov) «Şüştər».

Hər iki səsdüzümü üst-üstə tutuşduraq:

Əslində səsdüzümdə məqam dayaqlarının çoxvəzifəliyi havanın melodik inkişafına səbəb olur və o, «Şura ayaqla» bitir (176—186 x.)

4. «Vaqif gözəlləməsi»nin səsdüzümü «Rast» məqamına xas olan pillələr üzrə xalis kvarta cərgələrindən ibarətdir.

5. «Kürdü gəraylı» havası sabit dayaqların dinamik əlaqələnməsi və ondan irəli gələn mövzudaxili inkişafı ilə seçilir. Dayaqların genişlənən hərəkəti «Rast» məqamının iki tetraxordu vasitəsilə qəlibə salınsa da, dayaq səsin mi-bemol—do yerdəyişməsi, o cümlədən uzadılmış «ayaq» «çökməsi» «Şur» məqamı cizgilərinin yaranması ilə bitir. Havanın səsdüzümünə diqqət yetirək:

Əlbəttə, «Rast» məqam səsdüzümünün daxilində «Şur»un mövcudluğu qanunauyğundur və cəmləndirici səs pərdəsi olan mi-bemol havanın monodik inkişaf enercisini özündə toplamışdır.

Birincisi, mi-bemol «Rast»ın mayesidir, ikincisi — «Şur» səsdüzümünün əsas səs pərdəsidir, üçüncü isə III və VI pillələrin (re-bemol, sol-bemol) alterasiyası-əskildilməsi daha bir «Şur» məqamını (onun səs pərdələri çevrələnib) üzə çıxarır ki, onun da «mayesi» həmin mi-bemol səsidir.

Az nəzərə çarpan lya-dubl-bemol (xaç ilə işarələnib) səsi bitərəf səs pərdələrindən istifadə kimi izah oluna bilər ki, onlar «Avropa temperasiyasına da, Pifaqor natural kökünə də uyğun gəlmir»42. Belə səs pərdələri Şərq monodiya mədəniyyətinin xüsusiyyətlərindən biridir.

AŞIQ HAVALARI MUSİQİ QURULUŞUNUN ƏSASLARI. MƏQAM:     səhifələr    1    2     3    4    5    6     7    8    9    10     11    12