~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
III HİSSƏ

AŞIQ HAVALARI MUSİQİ
QURULUŞUNUN ƏSASLARI

MƏQAM

9

Trixord və tetraxordlardan ibarət olan və monodik məqam səsdüzümünü təşkil edən tərkib hissəciklər interval tərkibinə görə bir-birindən fərqlənirlər. Tonların say göstəriciləri aşağıdakı kimidir.

Belə quruluşda trixordun 1) kənar səsləri (pərdələri) sabit, ortadakı qeyri-sabit və yaxud 2) kənar bəm səs sabit, daha zil səslər qeyri-sabit ola bilərlər. Tetraxordda adətən bəm səs sabit, zil səs nisbətən qeyri-sabit (az sabit), orta səslər isə qeyri-sabit olurlar.

Havacatın səsdüzümü eyni və fərqlənən məqam hissəciklərinin (trixord və tetraxordların) bir-biri ilə birləşməsi yolu ilə düzəlir. Belə birləşmələrə 1) birincinin zil pərdəsi ilə ikincini bəm pərdəsi üst-üstə düşərkən bitişik (ayrılmaz) birləşmə; 2) hər ikisini aralıq bir ton (1t) ayırırsa — aralanmış (təkbətək) birləşmə; 3) hər ikisinin bir deyil, daha artıq ümumi səsi varsa — çarpazlaşma deyilir37.

Havacatın səs tutumu olduqca genişdir: kvarta və undesima arasında.

Azərbaycan xalq musiqisinin məqam əsası yüzilliklər boyu yetkinləşərək, çoxmərhələli inkişaf yolu keçmişdir. Məqam sisteminin başlıca müddəaları Azərbaycan peşəkar bəstəkarlıq məktəbinin yaradıcısı Üzeyir Hacıbəyovun «Azərbaycan xalq musiqisinin əsasları»1 adlı sanballı elmi-nəzəri əsərində öz əksini tapmışdır. Həmin özüllü tədqiqatda müəllif müxtəlif quruluşlu tetraxordların birləşmə yollarına əsaslanan 7 başlıca və 3 ikinci dərəcəli (köməkçi) Azərbaycan məqamlarının təsnifatını vermişdir. Təbiidir ki, aşıq havacatının səsdüzümlərinin çoxu milli məqam sistemi ilə üst-üstə düşür.

Ən’ənəvi havacatda monodik məqamın əmələgəlmə xüsusiyyətlərinin tə’yini sazın zil simlərində səs yüksəkliyinin dərəcə bölgüsü aparmağı tələb edir. Sazın qolundakı pərdələr aşıq oxumalarında işlənən intervalların tənzimediciləri vəzifəsini yerinə yetirir. Monodik məqamlar sazın yuxarıda göstərilən harmonik saz köklərinə görə ayrılır (təbəqələşir):

Havalar:         I bölmə                   maye (tonika)            V pərdəyə uyğundur;
II bölmə                  maye   III pərdəyə uyğundur;
III bölmə                 maye   II pərdəyə uyğundur;
IV bölmə                maye   VII pərdəyə uyğundur;
V bölmə                  maye   VIII pərdəyə uyğundur.

Havacatın I bölməsinə Koroğlu havaları ilə yanaşı 41 hava da daxildir. Bu səbəbdən də onlar üzərində ayrı-ayrılıqda geniş dayanmaq imkanı yoxdur. Deyilənləri nəzərə alaraq havacatın məqam xüsusiyyətlərini ən dolğun əks etdirəm nümunələrdən söhbət açacağıq. Qeyd edək ki, «əlaqəli blokların» qurulması yolu qalan dörd bölmədəki havalar üçün də eynidir38.

I bölmə havalarının səsdüzümlərindən bir neçəsinə diqqət yetirək39.

AŞIQ HAVALARI MUSİQİ QURULUŞUNUN ƏSASLARI. MƏQAM:     səhifələr    1    2     3    4    5    6     7    8    9    10     11    12