~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
 
III HİSSƏ

AŞIQ HAVALARI MUSİQİ
QURULUŞUNUN ƏSASLARI

MƏQAM

11

Bitərəf (neytral) səs pərdələri həm daimi, həm müvəqqəti ola bilərlər. Aşığın ifa ustalığı, onun səsinin gücü və səlisliyi, səs yüksəkliyinə bələdliyi və i.a. kimi keyfiyyətlərdən çox şey asılıdır. Bitərəf səs pərdələrinə VI pillədə («Kürdü gəraylı havası), bə’zən III—VII pərdələrdə rast gəlirik. Səslənmə yüksəkliyinə görə III bitərəf pərdə III və əskildilmiş IV pillələr arasında yerləşir. «İran qaraçısı» (37—38, 68, 81 xanələr), «Mina gəraylı» (x. 35, 146—148), «Ağır şərili» (x. 5, 31 —32, 88—89), «Bayramı» (x. 41, 44—47) havalarında bu daha aydın nəzərə çarpır.

Bütövlükdə götürsək, I bölmə havalarında dayaq səs pərdələrinin təşkili tam nizamlanıb və tarixən təsdiq olunmuş stereomeyllilik qanunu («zakon stereoorientaüii») ilə bağlıdır. Və bu havaların sabit kvarta—kvinta özülünə əsaslandığını yaxşı bilən aşıqlar, həm də fiziki-akustik qanunlardan, həm də özlərinin səs imkanlarından irəli gedərək, havacatın səs yüksəklik xəttini müəyyən edirlər. Bütün bunlar müəyyən səs yüksəkliyi olan sahələrdə baş verir.

I bölmədə açıq simin pərdələrində baş maye dayağın — IV pillənin əhəmiyyəti olduqca maraqlıdır:

Burada «fa» səsi:

a)         «Rast» məqamında si-bemol mayesinin kvintası;
b)         «Rast» məqamında mi-bemol mayesinin üst aparıcı tonu;
v) «Şur» məqamının mayesi («do» pərdəsi əsas mi-bemol pərdəsinin mediantasıdır);
q) «Şur» məqamı səsdüzümünün mi-bemol mayesinə giriş səs pərdəsi;
d)         si-bemol mayeli «Şüştər» məqam səsdüzümündə mayenin bəm kvartası;
e) 2-ci növ əskildilmiş (kiçildilmiş) məqamın aralıq dayaq pərdəsi.

Havaların II bölməsi aşağıdakılardır: «Dastanı», «Bağdad dübeyti», «Orta müxəmməs», «Quba kərəmi», «Orta sarıtel», «İncəgülü», «Laçını», «Paşaköçdü», «Duraxanı», «Zarıncı»43. Onların hamısının məqam səsdüzümü «Rast»dır, istisna olanlar isə «Urfanı» (16, ¹9) və «Naxçıvanı» (16, ¹25) havalarıdır. Birincisi «Rast» ilə başlayıb «Şura» keçir və onunla bitir, ikincisində eyni məqam başlanğıcı «Şüştər»lə tamamlanır. «Rast»ın inhisarı sabit kvinta «dəmi» ilə bağlıdır. Bütün bölmənin kvinta-seksta köklü ümumi səsdüzümü aşağıdakı kimi ifadə oluna bilər:

III bölmə — «Baş sarıtel», «Azaflı dübeyti», «Yanıq Kərəmi», «Mixəyi», «Şərəbanı», «Baş müxəmməs», «Şəşəngi» havaları da «Rast» məqamındadır44. Ancaq «Borçalı gözəlləməsi» (16, ¹7), «Kərəm gözəlləməsi» (16, ¹27), «Baş divanı» (16, ¹36) havalarında «Rast» — «Şüştər» şəklidəyişməsi baş verir:

IV bölməyə ancaq «Şur» əsaslı «Ayaq divanı» (16, ¹12) aid edilir:

AŞIQ HAVALARI MUSİQİ QURULUŞUNUN ƏSASLARI. MƏQAM:     səhifələr    1    2     3    4    5    6     7    8    9    10     11    12