~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
III HİSSƏ
AŞIQ HAVALARI MUSİQİ
QURULUŞUNUN ƏSASLARI

MƏQAM

1

Məqam. Məqam baxımından havacatda ilk növbədə təbəqələşmə qeyd olunmalıdır: vokalın (aşıq oxumasının) monodik (yə’ni birsəsli) məqamı və çalğının harmonik (həmahənglik) məqamı.

Bunlar arasında fərq onunla izah olunur ki, monodik məqamda ayrıca götürülmüş ton (səs) dayaq səs (yaxud sabit məqam səsi) vəzifəsini müstəqil yerinə yetirdiyi halda, çalğıda bu vəzifəni daim səslənən həmahəng səslər toplusu — akkord daşıyır. Hər ikisini ayrıca nəzərdən keçirək.

Harmonik məqam aşıq ifaçılığının musiqi aləti olan sazla ayrılmaz bağlıdır. Sazın gövdəsi armudşəkillidir, qoluna adətən 14—15 pərdə bağlanır.

8—9 simli aşıq sazında simlər müəyyən vəzifə daşıyan və müəyyən cür köklənən üç bölmə üzrə cərgələnir:

I. Zillər (yə’ni melodik simlər)
II. Bəmlər (kökü dəyişən simlər)
III. Dəmlər (dəm saxlayan dəyişməz simlər)

Sazın 5 ən’ənəvi kökü mə’lumdur32.

I.

Bu kök aşıqlar tərəfindən «Qaraçı kökü» (yaxud da «Şah pərdə kökü», «ümumi kök») adlanır və kvinta—kvarta intervallarından ibarətdir.

II.

2-ci kök «Urfanı kökü» (yaxud «orta pərdə kökü») adlanır və seksta—kvinta intervallarından ibarətdir.

III.

3-cü kök «Dilqəm kökü» («baş pərdə kökü») adlanır və septima—seksta intervallarından ibarətdir.

AŞIQ HAVALARI MUSİQİ QURULUŞUNUN ƏSASLARI. MƏQAM:     səhifələr    1    2     3    4    5    6     7    8    9    10     11    12