~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR


GIRI
Ş
 


1

Mə’lumdur ki, Azərbaycan xalq musiqi yaradıcılığı kursu, professional bəstəkarlıq və həvəskar öz fəaliyyət istisna olmaqla, Azərbaycan musiqi mədəniyyətinin ümumi mənzərəsini əks etdirir və bu əksetmədə, ən başlıcası, üç fəaliyyət dairəsi əhatə olunur.

Bunlar: 1) mənaca hamılıqla qəbul olunmuş «musiqi folkloru» anlayışına uyğun xalq musiqisi; 2) xalq-professional musiqisi və 3) şifahi ən’ənəli professinonal musiqidir1.

Azərbaycan xalq musiqisinin bu cür təsnifatı məqsədəuyğundur, çünki hər bir növün ayrılıqda nəzərdən keçirilməsi quruluş, üslub və janr külliyyatının ayırd edilməsi ilə yanaşı, nəzərdən keçirilənlərin qarşılıqlı fəaliyyət mənzərəsini qurmağa imkan verir.

Burada xüsusi qeyd olunmalıdır ki, Azərbaycan xalqının maddi-mə’nəvi mədəniyyət dairəsi və onun, bütövlükdə götürdükdə, incəsənətə aid edilən bədii-estetik, təqvim-mərasim, musiqili-poetik, instrumental janr (bədii əsər növü və bədii vasitə) tərəfləri, eləcə də şifahi ən’ənəli professional musiqi sayılan klassik muğam sənəti az-çox yaxud ümumilikdə, başlıca xüsusiyyətləri baxımından öyrənildiyi halda, «xalq-professional musiqisi» anlayışı indiyədək həllini gözləyən məsələ olaraq qalır.

Xüsusilə də ona görə ki, həmin yaradıcılıq sahəsi və onun fəaliyyət dairəsi indiyədək dəqiq müəyyən olunmayıb. Bu növə çox vaxt «ən’ənəvi musiqi», «şifahi ən’ənəli musiqi», «şifahi-professional musiqi», «yazısız mədəniyyət» kimi anlayışlar da aid edilir.

Həmin səbəbdən də «xalq-professional musiqisi» anlayışına ümumi tə’yin və tə’rif verməkdən öncə vahid metodoloci nöqteyi-nəzər və yaxud mövqe işlənilməlidir.

Yə’ni qısa və dürüst ifadə etməzdən öncə haqqında söhbət gedən bədii fəaliyyətə qarşı vahid metodoloci yanaşma yolu aydınlaşdırılmalıdır. Və bu yanaşma Azərbaycan musiqi mədəniyyəti, yaradıcılıq prosesi və xalq-professional musiqisi nümunələrini qavrama mövqelərindən həyata keçirilməlidir.

Haqqında danışılan yaradıcılıq fəaliyyətinin təbiəti yaxud mahiyyəti mövzunun şərhi gedişində, daha doğrusu, kitabın I bölməsində nəzərdən keçiriləcək. Burada isə «xalq-professional» tipli fəaliyyətin şərhində ən çox işlənən terminlər üzərində qısa müddəalarla dayanmaq istərdik. İlk növbədə «ən’ənə» və «şifahilik» terminlərini götürək.

Ən’ənə sözünün ilk mə’nası (lat. «traditio» — ötürmə, ötürülmə) sabitlik və varisliyi ifadə edir. Ən’ənə mahiyyətcə bəşəri təcrübənin, o cümlədən, mədəniyyətin qorunması, ötürülməsi və yayılması (istifadə) deməkdir.

Sadə dillə desək, ən’ənə müasirliklə keçmişin əlaqəliliyi, bağlılığı sistemidir ki, onun köməyi ilə təcrübənin toplanması, seçilməsi, stereotiplənməsi (surətlərinin çıxarılması), ötürülməsi və yenidən əmələ gətirilməsi (istehsalı) həyata keçirilir. Dediklərimizə əyani misal gətirək.

Aşıq yaradıcılığı yığma sənət kimi özündə bir neçə sənət növünü birləşdirsə də, bu topluda başlıca yer ən’ənəvi havacatındır.

Musiqili təsvir vasitələri və bədii ümumiləşdirmələrlə zəngin olan ən’ənəvi aşıq havacatı öz dəyişməz estetik dəyəri, cilalanmış dil-üslubu, dərin fəlsəfi mə’nalanma, əxlaqi və vətəndaşlıq yönümü ilə Azərbaycan xalqının tarixinin şifahi salnaməsi səviyyəsinə qalxa bilmişdir

Folklor ən’ənəsi — «sıx təmasda olan insanların məişətində işlənən mətnlərin ötürülmə prosesidir» (K.V.Çistov). Yüzlərlə insan nəsillərinin gündəlik həyatını yola salan, onlar tərəfindən yaşadılan folklor ən’ənəsi Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olmaqla yanaşı, ümumbəşəri sərvətdir.

Aşıq sənəti də məhz bu saz-söz ən’ənəsi çərçivəsində boya-başa çatmış auditoriya yaxud tamaşaçı kütləsi üçün nəzərdə tutulub. Tamaşaçı yaxın tanış olduğu, bir növ onunla doğmalaşan invariantı («invariable» — «dəyişməz» deməkdir) dinləyir və eyni zamanda ifanın düzgünlüyünə nəzarət edir.

Bu da aşığın davranışına öz tə’sirini göstərir və onu, ifa zamanı tamaşaçı marağı «sönməsin» deyə — yeni bədii şəklidəyişmələrə, yaradıcılıq axtarışlarına ilhamlandırır.

Öz sənəti ilə tamaşaçılara zövq, mə’nəvi ləzzət verməklə yanaşı, aşıqlar ən’ənəvi dəyərləri və klassik aşıq şe’ri nümunələrini aşılayırlar. Şifahi xalq şe’ri («barmaqhesabı») və yazılı poeziyanın (əruzun) ifadəliliyi aşıq havacatının şe’r əsasını təşkil edir.

GIRIŞ:    səhifələr      1     2