~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
 
I HİSSƏ

XALQ-PROFESSİONAL MUSİQİSİ

2

III. Alıcı, dinləyici kütləsinin xüsusiyyətləri.



Azərbaycan dekorativ-tətbiqi incəsənəti, folklor teatrı, instrumental və aşıq sənətləri nümunələrində xalq yaradıcılığı ilə professional yaradıcılığın birgə fəaliyyət modelini ümumi şəkildə də olsa, dəyərləndirməyə çalışaq.

Maddi və mənəvi istehsalın, sənət, incəsənət və bədii yaradıcılığın xalq dolanışığının başqa tərəflərindən ayrılmazlığı, ilk növbədə, yüzillik və minilliklər boyu nəsillərin təcrübəsini təzələyən sənətkarın iş təcrübəsi ilə bağlıdır.

Burada fərdi ustalıq  kollektiv surətdə, elliklə ifadə olunur, özü də birincini (yə’ni fərdi ustalığı), kollektivin fərdilik vasitəsilə ifadə olunduğu sırf professional ustalıqdan fərqli olaraq bilavasitə ikinci müəyyən edir.

Deyilənləri təsdiq etmək üçün, misallara keçək. Parça üzərində tikmə, xalçaçılıq, dulusçuluq, zərgərlik və bu kimi sənətlər ən qədim dövrlərdən xalqımıza mə’lumdur. İpəyin boyanması, ipək və pambıq parçalara boyalı naxış vurma nəsillərdən-nəsillərə keçərək yetkinləşən təcrübədən irəli gəlib.

İpək yorğan üzü, süfrə, kəlağayı, ipək xalça hazırlanması və onlara naxış vurma kimi sənət növləri sadalananlar üzrə ixtisaslaşan ailə-soy ən’ənələri dairəsinə daxildirlər.

Tədqiqatçı-etnoqraf Q.A.Quliyev yazır: «Basqal kənd sakini Həbib Abdulla oğlu Tağıyevin söylədiklərinə görə, onların nəsli ancaq boyama ilə məşğul olub. Talıbovlar isə dədə-babadan ipək baş yaylıqları hazırlamışlar5».

Azərbaycan el-oba oyunu, xalq tamaşası (folklor teatrı) məzmunca çoxnövlüdür. Növlər arasında «Atüstü oyunlar», «Qız-gəlin», «Dərviş», «Kəndirbaz», «Zorxana oyunları», «Şəbih tamaşaları» kimilərini qeyd etmək olar6.

Adı çəkilənlərdən hər birinin özünəməxsus dramaturgiyası var ki, bunlar ən’ənə kimi nəsildən-nəslə, ustaddan şagirdə şifahi şəkildə — görmə və eşitmə yolu ilə ötürülür.

Tamaşa lap ifanın gedişində, xalq tamaşası aktyoru tərəfindən ən’ənəvi şifahi ssenari əsasında hər dəfə yenidən yaradılır.

XALQ-PROFESSİONAL MUSİQİSİ:    səhifələr      1     2     3