Özbəkistanın zərb alətləri
simli və nəfəsli alətlər
kimi, Şərq xalqları üçün
ümumi alətlərdəndir. Onlar özbək
xalqının musiqi təcrübəsində
mühüm yer tutur.
Doyra
alətindən çox geniş istifadə
olunur. Bu, dairə şəkilli, üzünə
dəri membran çəkilmiş və
dairə boyu onlarla metal halqalar düzülmüş
zərb alətidir. Həmçinin, naqora
aləti çox itsifadə olunur. Bu, bir
cüt küpəşəkilli, üzünə
dəri membran çəkilmiş alətdir.
Özüsəslənən
– safoil, koşik, kayrak kimi alətlər
nisbətən az yayılmışdır.
Bütün rəngarəng ifaçılıq
priyomlarının qovuşması, zəngin
səs çalarlarının əldə
olunması, ritmik şəkillərin, üsulların
ifadəli şəkildə ifası üçün
doyra və naqora alətləri ilə yanaşı,
digər zərb alətlərindən,
o cümlədən, özüsəslənən
alətlərdən istifadə olunur.
Musiqi
təcrübəsində hər bir alətin
və ansamblın özünəməxsus
yeri var. Belə ki, simli alətlər əsasən
«kamera» şəraitində, ev şəraitində
istifadə olunur. Müəyyən ərazidə
bu və ya digər alət ailə ocağı
üçün mühüm hesab olunaraq,
sevilirdi. Simli alətlərdə yalnız
ifaçılar deyil, həmçinin professional
və həvəskar xanəndələr
çalaraq, öz oxumaqlarını simli
– mizrablı (tanbur, dutar, rubab, dombra) alətlərdə
və doyrada müşayiət edirdilər.
Rəqslərin müşayiətində
simli – mizrablı alətlərdən istifadə
olunurdu. Bunlar həm də aparıcı
solo alətlərdir. Yalnız meydanlarda,
küçələrdə keçirilən
böyük bayram şənlikləri zamanı
simli alətlər qarışıq ansamblların
tərkibinə daxil edilir. Onların repertuarı
solo və ansambl pyeslərini əhatə
edir ki, bunlar da həm ev şəraitində,
həm də ümumxalq bayramlarında
ifa olunmaq üçün nəzərdə
tutulmuşdur.
Nəfəs
alətlərinə gəlincə, onların
repertuarı Özbəkistanda instrumental
musiqinin müxtəlif təbəqələrinin
inkişafını aydın göstərir.
Bura sadə melodiyalardan tutmuş forma və
melosuna görə ən çox inkişaf
etmiş instrumental pyeslər aiddir. Özbək
çoban təranələri ən qədim
musiqi hesab olunsa da, çobanların ifasında
bu gün də ayrı-ayrı bölgələrdə
mövcuddur. Çoban alətlərindən
fərqli olaraq, nay, koşnay, balaman, surnay
alətləri xalqın musiqi həyatında
geniş yer tutur və ifadəli xüsusi
vərdişlər tələb edir. Onlardan
məhz professional musiqiçilərin istifadə
etmələri də məhz bununla izah
olunur.