Birinci
qrupdakı hər bir şöbədən
sonra bir neçə tarona1
- nisbətən kiçik həcmli kuplet
quruluşlu mahnı verilir. Bunlar aralıq
bölmə əhəmiyyəti daşıyır
və siporiş (bağlayıcı qurum)
vasitəsilə digər şöbələrə
keçid əmələ gətirir. Birinci
qrupdakı söbələr Ufarla (Nasrdan
törəmə bölüm) və ondan
sonra gələn siporişlə bitir ki,
bu da tamamlayıcı rol oynayır. Birinci
qrup şöbələrdə usulların
ardıcıllığı aşağıdakı
kimidir: (nümunə10).
İkinci
qrupdakı şöbələr ancaq Buxara
makomlarında özünü göstərir
və öz quruluşuna görə birinci
qrupdan fərqlənir. İlk növbədə
bu fərq ondan ibarətdir ki, burada aralıq
bölüm – taron yoxdur. Silsilə prinsipi
də burada başqa cürdür: hər
bir əsas söbə ondan törəmə
hissələrə malikdir: Talçinka,
Kaşkarça, Sokiynoma və Ufar. Bunlar
əsas şöbənin melodiyası ilə
intonasiya və struktur cəhətdən
bağlı olsa da, metroritmik quruluşunun
və usulların müxtəlifliyi ilə
səciyyələnir və sətri ardıcıllıqla
ifa olunaraq, özünəməxsus silsilə
əmələ gətirir.
Makomların
vokal hissələri instrumental müşayiətlə
ifa olunur. Mütləq alətlər qismində
simli – dartımlı (mizrablı) tənbur
və zərb aləti doyra istifadə edilir.
Bu zaman tənburun kökü ifa olunan makomun
lad əsasına uyğun olaraq dəyişdirilir.
Belə ki, Burzuk, Duqox, Seqox və İrok
makomlarının ifası zamanı ortada
(kiçik oktavanın sol – re – sol səslərinə),
Rost makomunun ifası zamanı isə kvinta
aşağı (sol – do - sol) köklənir.
Navo makomu simlərin sekunda münasibətində
(sol – fa - sol) köklənməsini tələb
edir.
Hər makom əsas tonallığı
ilə yanaşı, tonal yönəlmələr
sisteminə, yəni müəyyən tonal
plana malikdir. Vokal və instrumental hissələrdə
lad – tonal yönəlmələr və
modulyasiyalar mövzunun inkişaf xüsusiyyətləri
və şöbələrin forma-quruluşu
ilə bağlıdır ki, bu halda namudlar
böyük rol oynayır.
Namudlar
– müəyyən melodik qurum və ya
makomun şöbələrindən birinin
kiçik hissəsidir ki, digər şöbədə
istifadə olunur. Namudların əksəriyyəti
müəyyən şöbənin başlanğıc
melodik qurumuna əsaslanır və yaxud
da onun melodik – intonasiya ibarələrinin
əsasında yaranaraq, auc (kulmunasiya anı)
mahiyyətində başqa şöbədə
yuxarı registrdə çıxış
edir. Bu halda namudlar daxil olduqları həmin
şöbənin xüsusiyyətlərinə
uyğun olaraq variantlı dəyişikliyə
məruz qalır.
Makomat
sistemində çox mühüm komponentlərdən
biri usuldur. Bu, təkrarlanan dinamik qurum olub,
müşayiət etdiyi melodiyanın xüsusiyyətlərindən
irəli gəlir.Usullar, adətən, zərb
alətlərində doyra, naqora və s.
ifa olunur. Onlar müəyyən sistemə
tabe olaraq, makomun inkişaf dinamikasına
xidmət edir. Bununla da makomlarda silsilənin
tamlığının əldə olunmasında
mühüm rol oynayırlar.
Makomat
sisteminin qanunauyğunluqlarının kanonik
ciddiliyinə baxmayaraq, ifaçılıq
prosesində onlara bəzi dəyişikliklər
gətirilmişdir. O cümlədən,
ayrı-ayrı namudlar ya ixtisar olunur, ya
da buraxılırdı və ya əksinə,
yeniləri daxil edilirdi; melodik qurumlar ya
çıxarılır, ya da yeniləri
əlavə olunurdu; intonasiya, melodik və
ritmik dəyişikliklərə, həmçinin,
temp rəngarəngliyinə, bölümlərin
variasiya olunmasına, yol verilir, müxtəlif
ifaçılıq təfsiri ilə bağlı
cəhətlər öz əksini tapır.
Nəhayət, makomlar müəyyən
ərazi və zonaların musiqisinin lokal
xüsusiyyətlər ini özündə
təcəssüm etdirir. Belə ki, məsələn,
ərazi lokal xüsusiyyətlər Xorəzmdə
mövcud olan makom silsilələrində
parlaq surətdə özünü büruzə
verir.
İlk
baxışdan, Xorəzm makomları Buxara
makomlarından fərqlənmir. Buxara makomları
kimi, onlar da altı makomdan ibarət silsilə
əmələ gətirir: Rost, Burzuk, Navo,
Duqox, Seqox, İrok. Göründüyü
kimi, burada Buxara Şaşmakomu ilə müqayisədə
ilk makomların yeri dəyişmişdir.
Son dövrlərə qədər alimlər
Xorəzmdə Pəncgah muğamının
yeddinci müstəqil muğam olduğumu
iddia edirdilər. Lakin sonradan aşkara çıxarılmışdır
ki, Pəncgah instrumental hissədən ibarət
olub, Rost makomunun ayrı-ayrı bölmələrinin
variantıdır.
Xorəzm
makomları intonasiya baxımından bir
çox cəhətlərinə görə
Buxara makomları ilə üst-üstə
düşür, lakin eyni zamanda, onlarda
orijinal melodiyalar da öz yerini tapır.
Xorəzm və Buxara makomları arasında
quruluş baxımından fərqlər
var. Belə ki, Xorəzm makomunda aralıq
bölmə olan Taron yalnız Tani makom
adlanan birinci şöbədən sonra
gəlir (Buxara makomlarındakı Saraxbora
analoji olaraq). Xorəzm makomlarında Buxara
makomlarından fərqli olaraq, şöbələrin
bir qədər başqa cür ardıcıllığı
və sayının məhdudluğu nəzərə
çarpır. Bundan başqa Buxara makomları
silsiləsindəki ikinci qrup şöbələrə
burada yoxdur. Əvəzində isə Buxara
makomlarında olmayan yeni şöbələr
(Nakş və s.) rast gəlirik. Xorəzm
makomları parlaq lokal çalarları ilə
diqqəti cəlb edir.
1.
Tarona – hərfi mənada, mahnı.
|
|