~ Çap nəşrləri ~
~
Metodiki işlər~

 

 

 

TARİYEL MƏMMƏDOV
ÖZBƏK XALQ VƏ ŞİFAHİ
ƏNƏNƏLİ PROFESSİONAL MUSİQİSİ


 

 

İÇİNDƏKİLƏR

7

Özbək dostanları.

Özbək xalqının musiqi irsində epik rəvayətlər – dostanlar (dastanlar) xüsusi bir qol təşkil edir. Mövzusuna görə rəngarəng olan dostanlar süjet oxşarlığına görə müəyyən silsilədə birləşirlər. Məsələn, məşhur «Qoroğlu» silsiləsi özündə qırxdan artıq tamamlanmış, müstəqil mövcud olan qəhrəmani – lirik dostanı cəmləşdirir. Özbəkistanda, həmçinin «Alpamış», «Avazxon», «Rovşan», «Oşik qarib» kimi dostanlar geniş yayılmışdır.

Dostanları yaşadanlar xalq arasında böyük hörmətə malik professional ifaçılar – baxşılar (və ya şairlər) olmuşdur. Erqaş Juman-bul bul oğlu, Pulkan, Fazıl Yuldaşev, Abdulla-şair və başqalarını qeyd edə bilərik.

Dostanlarda süjetin inkişafını və hadisələrin gedişatını təsvir edən nəsr hissələri poetik hissələrlə növbələşir. Poetik hissələrdə personajların fikirləri, döyüş səhnələrinin təsviri, təbiət lövhələri, bu və ya digər obrazın xüsusi diqqətəlayiq keyfiyyətləri öz təcəssümünü tapır. Dostanların ifası zamanı nəsr hissələri söylənilir (reçitasiya olunur) və bu halda baxşı böyük artistizm nümayiş etdirir.

Dostanın əsasən poetik hissələri musiqidə təcəssüm olunur. Maraqlıdır ki, Özbəkistanın, demək olar ki, bütün lokal rayonlarında dostanlar xüsusi, boğazda oxuma manerası ilə reçitativ – deklamasiya üslubunda, dombra alətinin müşayiətilə ifa olunur. Kaşkadarya və Surxandaryadan olan görkəmli aşıqların ifaçılığı buna misal ola bilər.

Musiqi alətləri.

Özbəkistanın musiqi alətləri rəngarəngliyi ilə diqqəti cəlb edir. Burada bütün alətlər qrupu – simli, nəfəsli və zərb alətləri təmsil olunmuşdur ki, bu da alətlərin bütün növlərini və funksiyalarını özündə cəmləşdirir. Onlardan coxu taciklərin və bir sıra Şərq xalqlarının musiqi alətləri ilə eyni və ya oxşardır.

Simli alətlər qrupu daha zəngindir. Bu qrupa mizrablı – (tanbur, dombra, dutar, əfqan rubabı, qaşqar rübabı), zərbli (çəng), kamanlı (kobuz, gicak, sato) simli alətlər daxildir.

Tanbur – professional musiqiçilərin aləti olub, təmiz, cingiltili səsə malikdir. Alətin gövdəsi tut ağacından və ya digər möhkəm gövdəli ağacdan hazırlanır. Alətin uzun qolu var ki, bu-na da dasta deyirlər. Qola damar simlər vasitəsilə 17 pərdə bağlanılır. Dekaya əlavə pərdə (Xasparda) də bağlanmışdır ki, bütün bunlar üç oktava həcmində diatonik səssırasını əhatə edir.

Tanburun, adətən, müxtəlif yüksəklikdə köklənən üç metal simi var. Simlər kvarta, kvinta və sekunda – kvarta münasibətində köklənir. Tanburda naxun adlanan metal plektoru şəhadət barmağa taxmaqla çalınır.

Dombra yumşaq səsli alətdir, rəvayətçilər, çobanlar bu alətdən çox istifadə edirlər. Tanbur kimi o da armudvari gövdəyə malikdir, ona iki damar sim bağlanmışdır, simlrər kvarta-kvinta və ya oktava münasibətində köklənir və iki oktavaya yaxın diapazona malikdir.

Dutar gözəl, zərif səsə malikdir. Zahirən dombradan gövdəsinin daha iri həcmi ilə fərqlənir. Onun qoluna 13 pərdə bağlanmışdır. Bu da iki oktavalıq tam olmayan xromatik səssırası əmələ gətirir. Dutar və həmçinin dombra üçün əsərlərdə ikisəsli faktura diqqəti cəlb edir.  


GIRI
Ş
:  
 səhifələr    
1  
 2    3    4    5     6     7     8     9     10     11     12