Sato
zahirən tanbura bənzəyir, lakin rezonatoru
daha iri həcmlidir və bir qədər
nazik divarlara malikdir. Satoda kamonço vasitəsilə
çalınır. Simlərin sayı üç
və ya dördə bərabərdir. Tanburda
olduğu kimi, satonun pərdələri
iki yarım oktava həcmində diatonik
səssırası əmələ gətirir.
Özbək
xalq musiqi alətlərin arasında nəfəsli
alətlər qrupu çox geniş təmsil
olunmuşdur. Bunların arasında qamış,
sümük və ağac nəfəsli
alətlər xüsusi yer tutur: nay və
onun növləri, sibizik, koşnay, balaman,
surnay və s. Nay və koşnakın ən
sadə növlərindən çobanların
aləti saylan qacıri göstərmək
olar.
Qacir – nay fleytaya bənzər
alətdir, yerli qartal növü olan qacirin
qanadının sümüklərindən
hazırlanır. Qacir – nayda dörd dəlik
var, onlardan üçü üst tərəfdə,
biri altdadır, diapazonu seksta həcmindədir.
Sibizik
140-150 mm uzunluğunda adi qamışdan
hazırlanır. Qamışın üzərində
dilçək kəşilir və üç
dəlik açılır. Alətin diapazonu
seksta həcmindədir.
Nay
– Şərq xalqları arasında geniş
yayılmış nəfəs alətidir.
450-520 mm uzunluğunda fleytaya bənzər
altı dəlikli alətdir. Qamışdan,
ağacdan, metaldan hazırlanır və
müxtəlif növləri var. Diapazonu
iki yarım oktavaya bərabərdir. Alətin
səsi güclü olsa da, kəskin deyil.
Koşnay
aləti də qamışdan hazırlanır.
Əsas fərq isə onun geniş diapazona
və akustik xüsusiyyətlərə
malik qoşa tütəyə malik olmasından
ibarətdir.
Balaman
səsçıxarma üsullarına görə
sibizik və koşnaya oxşardır, lakin
zahiri cəhətdən çox fərqlənir.
Onun üzərində altı dəlik
vardır. Diapazonu oktava həcmindədir.
Xarəzmdə və Karakalpakstanda geniş
yayılmışdır.
Surnay – Şərqdə geniş
yayılmış alətdir (qoboy alətinin
sələfi sayılır). 450-550 mm uzunluğunda
taxta borucuqdan ibarət olub, aşağı
hissəsi konusşəkillidir. Səslənmə
gücünə və dolğun tembrinə
görə fərqlənir. Diapazonu iki
oktava həcmindədir.
Karnay ambuşurlu mis nəfəsli
alətlərə aiddir. 2m uzunluğunda
latun truba şəklində olub, sonu bir
qədər genişlənir. İfaçılıq
imkanları məhdud olduğuna və kəskin
səslənməsinə görə bu
alətdən ansamblın tərkibində
(surnay və naqora ilə) istifadə olunur.
Alətin fanfara xarakterli səslənməsi
əsərin ritminin qabarıq göstərilməsinə
xidmət edir. Karnay, həmçinin, ayrıca
olaraq, fanfara və siqnalların verilməsində
istifadə edilir.