~ Çap nəşrləri ~
~
Metodiki işlər~

 

 

 

TARİYEL MƏMMƏDOV
ÖZBƏK XALQ VƏ ŞİFAHİ
ƏNƏNƏLİ PROFESSİONAL MUSİQİSİ


 

 

İÇİNDƏKİLƏR


3

Terma1, koşuk, lapar, yalla, aşula kimi janrlar bu qəbildəndir. Buna baxmayaraq, həmin janrlar musiqi məzmununun səciyyəvi ifadəsi ilə bir-birindən fərqlənir. Terma reçitativ melodiya, kiçik diapazon və lakonik forma ilə xarakterizə olunur. (nümunə4).

Onun mətnini yeddi – səkkiz hecalı misralardan ibarət barmak2 xalq şer formasında olan müxtəlif məzmunlu şerlər təşkil edir.

Koşuk – barmak şer formasında olan poetik mətnin (çox zaman dövd misralı rubai 3) bir misrasını (yaxud iki misrasını) əhatə edən kiçik diapazonlu melodiya üçün hecaların ayrılıqda oxunması xarakterik deyil, bu da müəyyən ölçülü, dəqiq ritm əmələ gətirir. (nümunə5).

Koşukda hər bir misranın konusunda nəqərat sözləri özünü göstərir, həmçinin, misralardan sonra (və ya onun yarısında) nəqərat gəlir. Koşukun musiqili – poetik əsasının bir çox cizgiləri lapar üçün də xarakterikdir, lakin burada, adətən, nəqərat olmur.

Lapar rəqs xarakterli melodiyaya malikdir, adətən, rəqslərlə və oyunlarla müşayiət olunur. O, iki müğənninin dialoqu formasında ifa edilir, çox zaman, bu mahnıların mətnini lirik məhəbbət məzmunlu şerlər təşkil edir. (nümunə6).

Göstərilən nümunədə oğlan və qız arasında dialoq eyni melodiyanın təkrarına əsaslanır. Elə hallar da olur ki, mətndəki dialoqun əsasını müxtəlif melodiyalar təşkil edir. Bu zaman mətnin ikinci («cavab») misrası mahnının melodiyasını inkişaf etdirən və onu tamamlayan musiqi qurumu ilə üst-üstə düşür.

Xarəzmdə oyun və rəqslərin müşayiəti ilə bir müğənni tərəfindən ifa olunan mahnıları lapar adlandırırlar. Laparın hər iki növü koşukdan, əsas etibarilə, rəqsvari melodiyalarına görə fərqlənir, məzmununa görə isə onlar çox zaman eyni olur.

Unison xor oxuma forması daha bir mahnı janrında – yallada özünə yer almışdır. Yalla, bir qayda olaraq, rəqslərlə müşayiət olunur və onun iki növü vardır.

Birinci növə kiçik diapazonlu melodiyaya malik mahnılar aiddir. Onlarda koşukla oxşar cizgilərlə özünü göstərsə də, əsas fərq ondan ibarətdir ki, yallada nəqəratın olması vacıbdır. Nəqərat unison xor tərəfindən ifa olunuraq, kupleti çərçivəyə alır. Kuplet isə yallaçı adlanan solist tərəfindən oxunur, solist, eyni zamanda qərs edir. (nümunə7).


1. Terma ədəbiyyatda elə bir mahnı mətninə deyilir ki, burada misralar arasında süjet bağlılığı yoxdur.
2. Barmak – sillabik şer forması olub, hər bir misrada müəyyən heca sayına söz sünün dəqiqliyinə əsaslanır.Bu şer formasında 7-8 və 11 hecalı misralar geniş yayılmışdır.
3. Rübai – dövd mislalı şer forması olub, aaba şəklində (və ya aabb, abab) qafiyələnir.


 

GIRIŞ:   səhifələr    
1  
 2    3    4    5     6     7     8     9     10     11     12