~ Çap nəşrləri ~
~
Metodiki işlər~

 

 

 

TARİYEL MƏMMƏDOV
ÖZBƏK XALQ VƏ ŞİFAHİ
ƏNƏNƏLİ PROFESSİONAL MUSİQİSİ


 

 

İÇİNDƏKİLƏR



2

Toy mahnılarından fərqli olaraq, dəfn və matəm mərasimi ilə bağlı ağılar üçün improvizasiyalı inkişaf və metroritmik sərbəstlik xarakterikdir. Onlar üç növ olur:

a) dəfn və matəm mərasimi ilə bağlı ağılar: onların başlıca xüsusiyyəti improvizasiyalı inkişaf prosesində sərbəst metroritmin və tematik özəyin uzlaşmasındən ibarətdir. Səciyyəvi ağı intonasiyalarından, nitq üslubundan daim istifadə edildiyinə görə, hər bir improvizasiyada olduğu kimi, burada da ifasının imkanları və əhval – ruhiyyəsi müəyyənedici rol oynayır.

b) matəm mərasimində oxunan ağılar: onların melodiyasının nisbətən stabil olmasına baxmayaraq, bir qədər metroritmik sərbəstliyə yol verilir. Burada improvizasiyalılıq yalnız poetik mətndə saxlanılır, melodiyalar isə əsas motivin intonasiya və ritmik cəhətdən variasiya olunmasına əsaslanır (nümunə2).

Nümunə gətirdiyimiz ağıda melodik qurumların genişlənməsini və kiçildilməsini, onların poetik mətnin quruluşundan, hər bir şer misrasındakı hecaların dəyişməsindən tam asılılığını müşahidə edə bilərik.

c) dəfndə oxunan ağılar metroritmik mütənasibliyə və özünəməxsus ifa tərzinə malikdir. Burada solo oxuma unison xorla (qadın və ya kişi) müşayiət olunur. Bu dəfn ağıları «Sadr» və ya «Jaxrxonlik» adlanır, onlar ayin mahiyyəti daşıyaraq, cənazə evdən çıxarılan zaman ifa olunur.

Özbək əmək mahnılarından bir çoxunun əsasını lirik düşüncələrin rəvayət tonunda ifadə tərzi təşkil edir. Buna baxmayaraq, onlarda zəhmət prosesinin ritmi və əməyin xarakteri öz əksini tapır. «Mayda», «Yöri» və s. mahnılar bu qəbildəndir. Məsələn, tarlada taxıl döyülməsi zamanı ifa olunan «Mayda» mahnısını nümunə göstərək. (nümunə3).

Bu nümunədə heyvanın ən yaxşı keyfiyyətlərinin tərifinə həsr olunmuş misraların lirik (bəzən məhəbbət) məzmunlu misralarla uzlaşdığını görürük ki, bu da sağıcıların inək («Xüş - xüş»), keçi («çiray-çiray»), qoyun («Turay - turay») sağımı zamanı oxunan bir çox ovsun mahnıları üçün səciyyəvidir.

Ovsun mahnıları müəyyən ayinlərin icrası zamanı da mühüm əhəmiyyət kəsb edir, məsələn, yağışın yağması üçün, günəşin, ayın tutulması zamanı dua edərkən bu mahnılar oxunur.

Birinci qrupa aid mahnılardan fərqli olaraq, ikinci qrupa aid mahnı janrlarında biz heç bir məişət funksiyası ilə məhdudlaşdırılmayan mövzu müxtəlifliyini müşahidə edə bilərik. Çoxcəhətli məhəbbət lirikası, satira və yumor, tarixi mövzu, ictimai etiraz bu janrlardan hər birinin əsasını təşkil edə bilər.

GIRIŞ:   səhifələr    
1  
 2    3    4    5     6     7     8     9     10     11     12