Şifahi
ənənəli professional musiqi. Özbək
xalqının musiqi mədəniyyətində
professionallıq, bir çox Şərq
xalqlarında olduğu kimi, bizim eramızın
ilk əsrlərindən başlayaraq təşəkkül
tapmış və yüzilliklər boyu
təkmilləşərək, həm ifaçılıq
mədəniyyətində, həm də
mövcud olan vokal və instrumental musiqi
janrları sahəsində yüksək
bədii nəticələr əldə
olunmuşdur. Lakin professional musiqiçilər
bizim əsrə qədər öz təcrübələrində
not yazısından istifadə etməmişlər.
Özbək professional musiqisinin bütün
mürəkkəb nümunələri
şifahi ənənə vasitəsilə
yayılmışdır. Buna görə
də biz onu şifahi ənənəli
professional musiqi adlandırırıq.
Qədim
dövrlərdən bəri özbək
professional ifaçılıq mədəniyyətinin
inkişafında xanəndə və ifaçılar
qarşısında xüsusi tələblər
qoyulurdu. Xanəndə və ifaçılar
yalnız görkəmli sənətkarların
yanında uzunmüddətli şagirdlikdən
və bu sənətin sirlərini öyrəndikldən
sonra professional musiqiçi olurdular. Tədris
prosesi aşağıdakı kimi həyata
keçirilirdi: öz istedadi ilə ustad
sənətkarın diqqətini cəlb
edən gənclər şagirdliyə qəbul
olunur və bir neçə il (adətən,
yeddi on il) ərzində ifaçılıq
sənətinə yiyələnir, çoxlu
sayda musiqi əsərlərini əzbər
öyrənirdilər. Bundan sonra onlar, ustad
qarşısında imtahan verərək,
peşəkar hesab olunmağa başlayırdılar.
Bu peşəkarlardan bəzi sənət
sahibləri (məsələn, surnayçılar,
karpayçılar, naqoraçılar, gəlincik
oynadanlar və kütləvi tamaşaların
digər iştirakçıları ilə
birlikdə) xüsusi birlik yaradırdılar
ki, buna da təcrübəli sənətkar
başçılıq edirdi. Hər birliyin
özünün qəbul olunmuş qaydaları
vardı, onları risolə adlandırırdılar
və hamı onlara riayət edirdi.
XIX əsrdə ən görkəmli musiqiçilərin
əmir sarayına dəvət olunub, xanın
əyanları qarşısında xidmət
göstərməsi hallari geniş yayılmışdı.
Belə musiqiçilər hökmdarın
xüsusi icazəsi olmadan, xalq qarşısında
çıxış etmək hüququndan
məhrum idilər. Bu şəkildə
«təcrid olunma» onların ifa etdiyi mahnı
və muğam hissələrinin mövzusuna
və təfsir xüsusiyyətlərinə
öz təsirini göstərməyə
bilməzdi. Belə ki, əsas, ənənəvi
mətnlər hakim təbəqənin zövqünü
oxşayan mətnlərlə əvəz
olunurdu. Lakin saray xanəndə və ifaçılarının
xalq professional musiqi ilə əlaqəsi
kəsilmirdi. Əvvəllər şəhər
musiqiçilərinin görkəmli nümayəndələri
və əsil milli musiqi mədəniyyətinin
təmsilçiləri və böyük
biliciləri kimi tanınmış saray
musiqiçiləri sonralar da milli mədəniyyətin
qüdrətli təsirindən çıxmırdılar.
Şifahi
ənənəli özbək professional
musiqisi janr və forma rəngarəngliyi
ilə xarakterizə olunur. Bura melosuna və
formasına görə inkişaf etmiş
mahnılar və instrumental pyeslər daxildir
ki, onlar da solo və ansambl ifaçılığı
üçün nəzərdə tutulurdu.
O cümlədən, vokal instrumental pyeslər
də bu qəbildəndir. Nəhayət,
kəndirbazların oyunlarını və
kukla tamaşalarını müşayiət
edən instrumental pyeslər də bura aiddir.
Şifahi ənənəli özbək
professional musiqisində mərkəzi yeri,
bütün Şərq xalqlarında
bilivasitə azərbaycanlılarda, iranlılarda,
ərəblərdə olduğu kimi, makomlar
vokal instrumental pyeslər silsilələri
tutur.
Lokal xüsusiyyətlərinə görə
Özbəkistanda makomlar iki silsilə növundə
təmsil olunur Buxara və Xorəzm makomları.
Bundan başqa, Buxara makomlarının ayrı-ayrı
hissələri Fərqanə vadisində
də geniş yayılaraq, lokal cizgilər
kəsb etmişdir. Makomların mövzusu
əsasən geniş mənada qavranılan
lirika ilə məhdudlaşdırılır.
Makomların
vokal hissələrinin mətnini Şərq
poeziyasının klassiklərinin Hafizin,
Bedilin, Caminin, daha sonrakı dövrün
şairləri olan Nəvainin, Mukiminin,
Ogahinin və başqalarının şerləri
təşkil edir. Bununla yanaşı, hər
bir silsilədə xalq poeziyası nümunələrindən
də istifadə olunur.
Buxara
makom silsiləsi Şaşmakom eyni dərəcədə
həm özbək, həm də tacik xalqlarının
musiqi irsi hesab olunur. Bura altı makom daxildir:
Burzuk, Rost, Navo, Duqox, Seqox, İrok. Onlardan
hər birində iki hissə instrumental
və vokal hissə vardır. Son dövrdə
bu hissələr, müvafiq olaraq, Muşkilot
və Nasr adlandırılır.
Hər
bir makomun instrumental hissəsi tamamlanmış
bölmələrdən və ya pyeslərdən
ibarətdir, Tesnif, Tapci, Qardun, Muxammas və
Sakil adlanır. Onlar bir-birindən lad
intonasiya, melodik və struktur xüsusiyyətlərinə
görə fərqlənir. Makomun instrumental
hissəsinin hər bir bölməsində
Xona və Bozquy adlanan qurumlar mühüm
formayaradıcı rol oynayır. Xona ilk
dəfə səslənən zaman verilmiş
bölmənin mövzusunun özəyini,
melodik əsasını təşkil edir.
Xonanın sonrakı səslənmələri
isə onun inkişaf etdirilməsinə
əsaslanır. Bozquy periodik olaraq təkrarlanan
melodik qurum, refrendir. Bozquy hər bir xonadan
sonra verilir (bəzən hətta bir neçə
xonadan sonra da səslənir). İnstrumental
hissənin hər bir pyesində özünəməxsus
usul (zərb alətində ifa olunan ritmik
qruplaşma) və müvafiq metroritmik əsas
özünü göstərir. Bu, həmçinin,
vokal hissədə də müşahidə
olunur.
Buxara
makomlarının vokal hissələri bir
neçə Şöbədən1
ibarət olub, iki qrupa bölünür.
Şöbələrin birinci qrupuna Saraxbar,
Talkin, Nasr (sonuncudan hər makomda iki üç
yerdə istifadə olunur) aiddir. Onlar öz
quruluşlarına görə çox yaxın
olub, bəzən hətta birbirinə bərabər
olur. Hər şöbə aşağıdakı
quruluşa malikdir: giriş daromat (tamamlanmış
qurumdur), sonra miyönxat (bu, adətən,
daromatın variantı olub, kvarta və
ya kvinta yuxarı transpozisiya edilərək,
inkişafa uğrayır) səsləndirilir.
Miyönxatın tam başa çatmasından
sonra (yəni başlanğıc səsə
qayıdıldıqdan sonra) dunasr (daromadın
oktava yuxarı transpozisiya olunaraq inkişaf
etdirilən variantı) daxil edilir; sonra
auc2
səslənir və şöbə,
bir qayda olaraq, qısaldılmış
repriza ilə daromat və ya miyönxatın
başlanğıc variantlarından biri
ilə tamamlanır.
1.
Söbə geniş inkişaflı
tamamlanmış pyeslər, makomların
əsas tərkib hissələri.
2.
Auc inkişaflı kulminasiya anı.
|
|