~ Çap nəşrləri ~
~
Metodiki işlər~

 

 

 

TARİYEL MƏMMƏDOV
ÖZBƏK XALQ VƏ ŞİFAHİ
ƏNƏNƏLİ PROFESSİONAL MUSİQİSİ


 

 

İÇİNDƏKİLƏR

8

Əfqan rubabı (Buxara, tacik) – mizrablı alətdir. Onun gövdəsi klinşəkilli olub, böyük və dərindir, yan hissələrdə isə içəriyə doğru batıqlar var. Alətin qolu qısadır, 5 damar simi vardır. Alət kvartalarla köklənir. Diapazonu iki oktavaya bərabərdir. Ondan çox zaman solo və ansambl ifaçılığında istifadə olunur.

Qasqar rubabı içi oyulmuş dairəvi gövdəyə malik olub, üzərinə dəri membran çəkilmişdir. Gövdəyə bərkidilmiş uzun qolunun sonu geriyə əyilmiş başlıqla tamamlanır. Gövdənin üzərində, qolun bərkidildiyi yerdə heyvan buynuzuna bənzər çıxıntı var. Rubab 5 simli alətdir, onun qoluna 19-23 pərdə bağlanmışdır ki, bu da üç oktava həcmində xromatik səssırası əmələ gətirir. Rubab mizrabla çalınan alətdir.

Zərblə çalınan simli alətlər çənglə təmsil olunmuşdur.

Çəng ağacdan düzəldilmiş trapesiyaşəkilli gövdəyə, taxta dekaya malikdir. Deka üzərinə 40 metal sim çəkilmişdir, onlardan 14-ü əsasdır (11-cisi aşağı simdir, 13 yuxarı simlər isə üç-üç qruplaşdırılmışdır.) Çəng iki taxta çubuq vasitəsilə səsləndirilir.

Simli-kamanlı alətlər – kobuz, gicak, sato quruluşuna, texniki imkanlarına və tembr xüsusiyyətlərinə görə rəngarəngdir.

Kobuz dolçaşəkilli gövdəyə malik alətdir, kvarta və ya kvinta münasibətində köklənən iki simi vardır. Simlər at tükündən hazırlanır. Alətin ümumi diapazonu böyük deyil, bir yarım oktava həcmindədir. Kobuz kamonço – yayşəkilli kaman vasitəsilə çalınır. Qədimdə Özbəkistan ərazisində (Xivə, Buxara, Səmərqənd və başqa şəhərlərdə) geniş yayılmasına baxmayaraq, hal – hazırda istifadə olunmur.

Gicak piyaləşəkilli rezonatora malik olub, dəri membranla örtülmüşdür və taxtadan dairəvi boynu vardır. Kaman – kamonça isə qövsşəklində əyilmiş çubuğa bağlanmış bir dəstə at tükündən ibarətdir. Alətin 3 və ya 4 simi olur. Daha qədim nümunələr iki simli olmuşdur. Simlər kvartalarla köklənir. Hal-hazırda gicak kvarta – kvinta köklü 4 simli alət olub, geniş diapazona – üç oktavaya yaxın diapazona malikdir.

 

GIRIŞ:   səhifələr    
1  
 2    3    4    5     6     7     8     9     10     11     12