~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
 
III HİSSƏ

AŞIQ HAVALARI MUSİQİ
QURULUŞUNUN ƏSASLARI

QURULUŞ

Dörd melodik-şe’rli ibarə tərkibli quruluş başlanğıc mərhələdə qapalı quruluş növü — AAVA kimi fəaliyyət göstərir. Lakin üçüncü ünsürün gəlişi iki bölməli quruluşu konsentrik növə çevirir: AVSVA.

Məsələn, «Laçını» (¹44) havasında birinci ünsürün təkrarlanan şəklidəyişmələri yeni melodik ünsürlə əvəzlənir ki, bu düzəltmə ünsürün özü birincinin genişləndirilmiş şəklidəyişməsidir. Üçüncü ünsürün qoşulması isə havanın tərkibini tamamilə dəyişir:

«Bəhri divanı» havasında (¹48) üçüncü ünsür 5-ci və 6-cı ibarələrdə səslənir. Həmin ünsürün III bənddə, «qızıl bölgü nöqtəsində» qoşulması və ikinci ünsürə qayıdış bu növ quruluşa «birhissəli təzad-tərkibli» quruluş kimi baxmağa imkan verir:

Ən’ənəvi havacatda əsas quruluşdan xaric nəqaratların geniş yayılması havacatın başlanğıcı ilə, istər ümumi cəhətdən, istər vəzn cəhətdən təzad yaradır. Sonluğun digər ünsürlərlə qarşı-qarşıya qoyulması təzadlı quruluşun ümumi mütənasibliyini pozur.

Digər tərəfdən, müstəqil bölmə (nəqarat-koda) mahiyyətcə əsas bölmələrin ümumiləşdirilmiş qısa təkrarı yaxud inkişafı deməkdir. Daha doğrusu, xaric nəqaratlar özünəməxsus tərzdə «refren» adlandırıla bilər.

Əyanilik üçün bir neçə misal gətirək:
1)         «Vanağzı» (¹50). Birbaşa cərəyan edən iki bölməli quruluşun refreni 1-ci ünsürün (A) materialı üzərində qurulub:

2)         «Şərəbanı» (¹49). Sadə birbölməli şəklidəyişən bənd quruluşunun refreni V ünsürü üzərində qurulub:

3)         «Bəhməni» (¹21). İkiünsürlü qurma növün refreni də 2-ci V ünsürü əsasındadır:

4)         «Azaflı dübeyti» (¹30). Konsentrik (ümumi mərkəzli) üçtərkibli şəklidəyişkən bənd quruluşunun refreni A və V (1-2-ci ünsürlər) əsasdadır:

Yuxarıda sadalanan şəklidəyişkən bənd quruluşunun növləri havacat tərtibatının yaxud yaradıcılığının quruluş baxımından müxtəlifliyini, cürbəcürlüyünü, çoxcəhətliliyini əks etdirə bilməz. Deyilənlər aşıq havacatının biçimlənməsini ancaq ümumi şəkildə əks etdirir.

İfa zamanı aşıqların işlətdiyi ən’ənəvi bədii ifadə vasitələri (quruluşun genişləndirilməsi, əlavələr, xırdalanmalar, təkrarlamalar və s.) eyni bir havanın hər yeni ifa zamanı yeniləşməsinə səbəb olur. Bu baxımdan B.Asafyevin sözlərini yada salmaq yerinə düşər: «Sonata alleqrosunun quruluş sxemi həmişə eynidir, lakin hər bir sonatada həmin sxem tam başqa cür ifadə olunur».

AŞIQ HAVALARI MUSİQİ QURULUŞUNUN ƏSASLARI. QURULUŞ:   səhifələr   1    2    3    4