~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
 
III HİSSƏ

AŞIQ HAVALARI MUSİQİ
QURULUŞUNUN ƏSASLARI

QURULUŞ

Əyanilik üçün quruluş sxemini verək:

«Atüstü Kərəmi» (¹52) havasının quruluşu da özünəməxsusluğu ilə fərqlənir: .

Havanın mətni qoşmadır və dörd melodik misra çoxsaylı şəklidəyişmələr yolu ilə oxunur. Bu da «nəinki müxtəlifliyə, eyni zamanda mahnının (havanın) bütövlüyünə, birbaşa cərəyan edən melodik inkişafa səbəb olur»72.

Bununla yanaşı qeyd edək ki, V ünsüründə kulminasiya (gərginliyin son həddi) göstərilən havanın musiqi quruluşunun ən’ənəvi ifadə yolları ilə zənginləşməsi baxımından ən parlaq nümunə kimi səciyyələndirməyə əsas verir.

Melodik qurumların birləşmə ardıcıllığından asılı olaraq aşıq havalarında «üç ünsürlü təzadlı qurma (tərkib)» (V.V.Protopopov) adlanan quruluş növünə də təsadüf edilir — ABC. «Bayramı» havası quruluşunun şərti cizgisini deyilənlərə misal gətirmək olar (¹15):

Havanın mövzu ünsürləri «ayaq» (sonluq, kadensiya) dönmələrinin vasitəsilə əhəmiyyətli dərəcədə yeniləşməyə, məqam çalarları isə dəyişmələrə uğrayırlar. Birinci ünsür «Şur» («es» mayeli), ikinci ünsür «Rast» («des» mayesi), üçüncü ünsür isə «Şüştər» («as» mayeli) məqamlarına aid edilə bilər.

Ümumiyyətlə, çox üçünsürlülüyün meydana gəlməsini aşağıdakı kimi izah etmək olar:


AŞIQ HAVALARI MUSİQİ
QURULUŞUNUN ƏSASLARI. QURULUŞ:   səhifələr   1    2    3    4