~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
 
III HİSSƏ

AŞIQ HAVALARI MUSİQİ
QURULUŞUNUN ƏSASLARI

QURULUŞ

Göründüyü kimi, bəndlərin tərkibində çalğı bağlantıları ilə mütənasib bölünən təkünsürlü bölmələr təkrar zamanı şəklidəyişmələrə uğrayırlar. Bu zaman cütləşmiş melodik misralar (məsələn, III bənddə) melodik inkişafın başlıca amili kimi əhəmiyyət kəsb edir.

Bu növ quruluşa aid havalar qısa ifadəliliyi, adətən hər biri bir şe’r misrasına uyğun gələn musiqi ibarələrinin məntiqi və quruluş baxımdan bitkinliyi ilə fərqlənirlər. Deyilənlər epik çeşidli havacatda özünü daha qabarıq göstərir ki, burada söyləmə səpgili ibarələr şe’r mətni bitənədək təkrarlanır.

Ən’ənəvi havacat arasında mətni ancaq bir şe’r bəndi ilə ölçülən havalara da rast gəlirik. «Çoban bayatı» belələrindəndir. Bayatı şe’r quruluşu ilə ifa olunan hava (¹42) təkünsürlü bölmələrin dəyişkən nisbətini üzə çıxarır.

Cəmi: 107 xanə.

Havanın başlıca xüsusiyyətləri aşağıdakılardır:

a)         «Çobanbayatıda» yekcins yeddihecalı vəzn dəyişkən vəznlə əvəz olunub: 2/4, 5/4, 4/4, 3/4, 4/4, 5/4, 3/4, 5/4  və s.;

b)         musiqili-mətni ibarələrin (xüsusilə oxunan əlavə bağlamaların qoşulduğu anlarda) şəklidəyişmələrinə çox geniş yer verilir;

v) məqam çalarlarının saxlanması şərti ilə başlanğıc A ünsürü ÇB və BƏ-nin köməyi yeni müvəqqəti səs dayağı («si») tapır.

Qeyd edək ki, bu havada quruluşun başlıca inkişaf amili mətn deyil, musiqi materialıdır. Daha doğrusu, musiqi (çalğı və oxuma) şe’rdən asılı deyil. 107 xanədən cəmi 16-sı dörd melodik misranın payına, qalanları isə çalğı və oxuma əlavələrinin payına düşür. Belə uyğunsuzluq variantlı (şəklidəyişən) — kuplet (bənd) quruluşunun birbaşa cərəyan edən növünü müəyyən edir.

Həmin quruluşun üç bənddən ibarət digər növünü dəyişkən növ adlandırmaq olar. Adətən o sual-cavab məzmunlu iki təzadlı bölmədən ibarətdir —  (¹ 29):

Söyləməyəoxşar birinci ibarə «sıfır intervallı» (yerindəsayan) addımlardan sonra üçpilləli «ayaq» (kadensiya) gedişi ilə «mayeyə» çatır. İkinci ibarəni fərqləndirən onun «kvadratlılığı» və OƏB ilə motiv (ən xırda melodik hissəcik) səviyyəsində qarşılıqlı bağlılığıdır. Hər yeni təkrar yeni melodik zənginləşmələrə və şəklidəyişmələrə gətirib çıxarır.

Bə’zən müxtəlif ünsürlərdən ibarət ibarələrin nisbətinə şe’rin quruluşu da tə’sir edə bilər. Məsələn, mətni qoşma olan «Mixəyi» (¹33) havasının I bəndi ABAB quruluşunda, qalan iki bəndi isə şəklidəyişən AAAB quruluşundadır. Bu da qoşmanın qafiyələnmə xüsusiyyəti ilə bağlıdır: abab; vvvb; qqqb.

AŞIQ HAVALARI MUSİQİ QURULUŞUNUN ƏSASLARI. QURULUŞ:   səhifələr   1    2    3    4