~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
 
III HİSSƏ

AŞIQ HAVALARI MUSİQİ
QURULUŞUNUN ƏSASLARI

HAVACATIN VƏ ŞE’RİN VƏZNİ

7

Sonra isə hər iki melodik misranın vəzni quruluş cizgilərini tutuşduraq:

«Ayaq divanıda» hərəkətin vəzni müəyyən qaydalara tabe olduğu halda, «Bəhri divanıda» musiqili nitq axınının qeyri-müntəzəmliyi göz qabağındadır. Bununla yanaşı, bir çox fərqlərə baxmayaraq, misraların sonunda         paradiqması saxlanılır.

Havacatın bir sıra nümunələrində, məsələn «Şəşəngi» (16, ¹59), «Koroğlu gözəlləməsi» və «Cəngi Koroğlu» havalarında (15, s.17—18, 22—24, 96—97, 100—101) vəzn ölçüsü, demək olar ki, dəyişmir. Lakin bir sıra havalarda vəzni dəyişkənlik havacatı təşkil edən amil kimi çıxış edir. Məsələn, «İran qaraçısında» (16, ¹11) müntəzəm və qeyri-müntəzəm vəzni dəyişkənlik, simmetrik və qeyri-simmetrik düsturların (formulaların) bir-birini əvəzlənməsi aydın nəzərə çarpır.

Havacatda istifadə olunan vəzn ölçüləri: 1) ikibölgülü sadə və düzəltmə (2/4 və 4/4)66; 2) üçbölgülü sadə və düzəltmə (3/4, 3/8  və 6/8, 9/8)67; nəhayət, 3) qarışıq tərkibli (5/4, 5/8, 7/8, 11/8)68 olanlara ayrılır.

Aşıq sənətinin yığma sənət təbiəti, musiqi-şe’r-plastikanın üzvi birliyi vəzn dəyişkənliyinin mənşəyini tə’yin etməyə imkan verir. Qafqaz, Türküstan, Yaxın və Orta Şərq xalqlarının yaşayışında atın xüsusi yeri və təsərrüfatda xüsusi çəkisi danılmaz həqiqətdir.

Qədim türklərdə at hətta ilahiləşdirilmişdi və türk-monqol qəhrəmanlıq eposlarında (dastanlarında) yorğa yerişli atlar ilhamla tərənnüm olunur. «Dədə Qorqud» dastanında baş qəhrəmanlardan biri atı at deyil, qardaş deyil, özünə qardaşdan da yaxın bilir.

Qədim insanın əyani şəkildə at yerişlərinin vəzni nümunələrini seyr etməsi əl-qol-nitq hərəkətlərinin yetkinləşməsində xüsusi əhəmiyyət kəsb edirdi. Yüzilliklər ərzində aşıqlıq, aşıq söyləmə və oxuma təcrübəsi, dərk olunmayan, lakin daxildən gələn və atın yerişindən ilhamlanan duyğuları ifadə edib. At yerişlərinin hamar keçidli dəyişkənliyi şüuraltı olaraq hecalı şe’rin vəzn dəyişkənliyini uyğun qurmağa sövq edən başlıca amildir.

Əruzun yaranmağını isə bir sıra ədəbiyyatşünaslar bədəvilərdə dəvənin yerişini şüursuz yamsılamaq meylindən irəli gəldiyi ilə izah edirlər69. Məhz ona görə əruz şe’ri bəhrlərinin adları, uzaqdan-uzağa olsa da, yerişin növlərini xatırladır.

Belə vəzn dəyişkənliyi şəraitində mətndənkənar hissəciklərdən təşkil olunan daxili əlavələrin özünəməxsus və fəal yeri də qeyd olunmalıdır. Bu sistemdənkənar ünsürlər hecalı şe’rin tərtibatı ilə bilavasitə bağlı olmasalar da, vəzn dəyişkənliyinə tə’sir edir, heca tərkiblərini genişləndirirlər.

Quruluşca belə əlavələr nizamlanmış düsturşəkilli olub, lüğəttərkibliliyi və müəyyənləşmiş işlənmə sahəsi (yeri) ilə seçilirlər. Mətndənkənar daxili əlavələrin köməyi ilə havacatın söz ehtiyatı genişlənir, fasilələr hamarlanır («Quba Kərəmi», 16, ¹28, «ey, neylim ey»)

Daxili əlavələrə saitlər üzərində oxuma «məşqlərini» də aid etmək olar («Orta sarıtel», 16, ¹29):

Bu kimi əlavə başlıca bədii ifadə vasitələrindən biri olan melodik «bəzəkləmə» vəzifəsini yerinə yetirir.

Yuxarıda göstərilən xüsusiyyətlər, bütövlükdə götürsək, Azərbaycanın bütün yerli aşıq ən’ənələri üçün eynidir.

Aşıq sənəti yığma sənət olduğu üçün, iki başlıca əsasın, — şe’r və musiqinin havacatda çoxsəviyyəli qarşılıqlı bağlılığı qanunauyğundur. Hər iki əsasın ifadə vasitələri, onların ifaçılıqda yeri və istifadə yolları aşıq havacatının milli çalarlarını əks etdirir və təsdiqləyir.

AŞIQ HAVALARI MUSİQİ QURULUŞUNUN ƏSASLARI. HAVACATIN VƏ ŞE’RİN VƏZNİ:   səhifələr   1    2    3    4    5    6   7