~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
 
III HİSSƏ

AŞIQ HAVALARI MUSİQİ
QURULUŞUNUN ƏSASLARI

HAVACATIN VƏ ŞE’RİN VƏZNİ

5

Başlanğıclar bir neçə vəzifə yerinə yetirir: onlar a) tə’sirləndirici psixoloci fasilə; b) tamaşaçının diqqətini cəlb edən; v) özlərindən sonra gələn sözlərin (şe’rin) mənasını gücləndirən amillər kimi çıxış edirlər. Ümumiyyətlə, çağırış nidaları ən qədim ən’ənələrin yadigarıdırlar.

Məsələn, aşıqların «Koroğlu» havalarının (15, səh. 94, 96, 100, 102, 104, 107, 109, 111) və «Qəhrəmanı» (16, ¹35, x. 111—112) havasının ifası zamanı «hay!—hay!» başlanğıcı döyüşçüləri ruhlandırmaq və düşmənə hərbə-zorba gəlmək məqsədi güdüb. Qeyd edək ki, ərəb dilinin Məğrib ləhcələrində hədə və xəbərdarlıq ifadə etmək üçün «ha~» nidası işlənir64.

Xarici əlavələrə misra və bənd ardınca gələn və «koda» bölmələrindəkiləri aid etmək olar. Bu əlavələr mətnin ayrı-ayrı sözləri və misraları təkrarından, yeni sözdüzəlmələrdən, dodaq və qeyri-dodaq saitlərinin uzadılmasından (melodik parçaların təkrarı zamanı) və, nəhayət, yeni musiqi materialı əsasında geniş əlavə bölmələrdən ibarət ola bilər. Dediklərimizi şərh edək:

1.         Əsas mətn sözlərinin təkrarı. «Mixəyi havası (16, ¹33):

2.         Şe’r misralarının təkrarı. «Şəşəngi» havası (16, ¹59):

3.         Aşığın əhvalını ifadə edən yeni sözdüzəltmələr. «İncəgülü» havası (16, ¹37):

4.         Qeyri-dodaq saitlərinin («a», «e») uzadılaraq oxunması. «Quba Kərəmi» havası (16, ¹28):

Hər bir havada yuxarıda göstərilən üsullardan istifadə olunur. Onlardan biri üzərində ətraflı dayanmağı lazım bilirik.

AŞIQ HAVALARI MUSİQİ QURULUŞUNUN ƏSASLARI. HAVACATIN VƏ ŞE’RİN VƏZNİ:   səhifələr   1    2    3    4    5    6   7