~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
 
III HİSSƏ

AŞIQ HAVALARI MUSİQİ
QURULUŞUNUN ƏSASLARI

HAVACATIN VƏ ŞE’RİN VƏZNİ

3

Gəraylı şe’rinin hər bir misrası fasilə ilə 4+4 nisbətli yarımmisraya bölünüb. İlk nəzərdən, bu cür bölünmə havacatın ifasında (oxunmasında) da əks olunmalıdır:



Ümumilikdə götürsək, şe’rlə havacatın tam sinxronluğu baş verib, çünki hər bir şe’r bölgüsü musiqili vəzni bölgüyə uyğundur və son, yekunlaşdırıcı səslər də olduqca uzadılıb.

Lakin 2-ci melodik misra «ağrın alım» sözləri və «başa hələ» yarımmisrasının təkrarı sayəsində, gözə çarpacaq dərəcədə genişlənib. İkinci melodik dövrədə 4-cü melodik misra — «Toxunmayıb daşa hələ» təkrarlanır və melodik bəndin sonunda «dərdin alım» artırması ilə birgə sinxron nizamı pozur.

Beləliklə, dövrilik pozulur və qeyri-dövri quruluşu olan melodik bənd meydana çıxır. Melodik inkişaf sinxron hecalı vəzn bölmələrini qeyri-bərabər vəzni uzunluqda melodik misralara çevirir.

Burada sazın iki xanəli çalğısı (dəramədi) (I dövrə), bir xanəli çalğı fasiləsi (3-cü və 4-cü melodik misralar arası) ümumi melodik axarda «kəsilmələr» yaxud «yarıqlar» yaradır. II bəndin misralarında da «nisbətlərin dəyişməsi» nəzərə çarpır:

Dolandım kəndi, şəhəri        5+3=8
Dağlarda açdım səhəri         5+3=8
Fikrim gəzir üfüqləri            4+4=8
Dönüb qızıl quşa hələ           4+4=8

Belə dəyişikliklər, əlbəttə, iki ilk melodik misrada yeni keyfiyyət dəyişiklikləri törədir. Sonrakı yarımbənddə melodik-mətn sıraların qurulması I bənddəki ilə eynidir:

Əgər I melodik bənddə hər vəzn vahidi bir musiqi xanəsinə uyğundursa, burada artıq başqa nisbətlərlə qarşılaşırıq.

«Ayaq divanı» (16, ¹12) havasının mətni «divanı» şe’r quruluşudur (qafiyələnmə qaydası: a—a—b—a; s—s—s—a; d—d—d—a). Burada 15 hecalı şe’r misrası əruzun «rəməli—müsəmmani—məxzuf» bəhri kimi oxunur ki, onun paradiqması                                  şəklində ifadə olunur. Şe’r bəndi və melodik bənd aşağıdakı kimidir63.


AŞIQ HAVALARI MUSİQİ
QURULUŞUNUN ƏSASLARI. HAVACATIN VƏ ŞE’RİN VƏZNİ:   
səhifələr   1    2    3    4    5    6   7