~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
 
III HİSSƏ

AŞIQ HAVALARI MUSİQİ
QURULUŞUNUN ƏSASLARI

HAVACATIN VƏ ŞE’RİN VƏZNİ

4


Şe’rin hər bir bölgüsü havanın bir xanəsinə, şe’r sətri — melodik misraya, bənd — melodik bəndə (4-cü melodik misranın təkrarını nəzərə almasaq) uyğundur. I melodik dövrədə tam sinxronluq və II dövrədə «oy!» nidası və «belə», «ay bala», «ey» əlavələri, «i» saitinin uzadılması sayəsində melodik bəndin genişlənməsi daxili tarazlığı pozur.

Göründüyü kimi, havacatın musiqi əsası şe’r əsasına tə’sir etmək, quruluşun təşkilində aparıcı yer tutmaq iqtidarına malikdir.

Havacatın qeyri-sinxron biçimlənməsinin daha bir səbəbi var, bu da eyni mətnin bir neçə hava ilə və yaxud eyni havanın bir neçə mətnlə ifasından ibarətdir.

Aşıq havacatında səs fasilələri yaradan aşağıdakı sözlərdən və söz tərkiblərindən istifadə olunur: «oy», «ay», «ey», «hay», «of», «bay», «a», «i», «bala ay», «leyli», «ağrın alım», «ceyranım», «yar», «qadan alım», «tərlan», «ceyran», «deyir», «dedim», «aman», «bəri bax», «yandım ay» və s.

Havacatda işlənmə yerinə görə onları başlanğıc (nida), daxili və xarici əlavələrə ayırmaq olar. Başlanğıclar öz növbəsində qısa və uzadılmış (müxtəlif dərəcələrdə) başlanğıclara bölünə bilər.

Ən qısa başlanğıclara misal olaraq «Şahsevəni» (16, ¹4, x. 34, 53), «Borçalı gözəlləməsi» (16, ¹7, x. 12, 45), «Dastanı» (16, ¹8, x. 35), «Urfanı» (16, ¹9, x. 35, 48, 55, 115, 201), «Sultanı» (16, ¹10, x. 29, 43, 100, 105, 105, 177, 182), «Mina gəraylı» (16, ¹17, x. 28, 107, 184), «Keşişoğlu» (16, ¹20, x. 8, 82) və s. havaları göstərmək olar.

Bir neçə xanə ərzində bir ya bir neçə səsbirləşməsi və sözdən ibarət başlanğıclara da rast gəlinir. Məsələn, «Səməndəri» (16, ¹3, x. 31—32, 147—150), «Vaqif gözəlləməsi» (16, ¹6, x. 17—19), «Ayaq divanı (16, ¹12, x. 19—24, 84—85, 149—152, 154—158), «Ağır şərili» (16, ¹26, x. 15—17, 58—62, 103—105), «Naxçıvanı» (16, ¹25, x. 22—23), «Azaflı dübeyti» (16, ¹30, x. 15—17), «Çoban bayatı» (16, ¹42, x. 35—37, 53—57) havalarında.

Bə’zən belə başlanğıclar «Mansırı» (16, ¹1, x. 21—29), «Şahsevəni» (16, ¹4, x. 248—256), «Kürdü gəraylı» (16, ¹32, x. 110—118) havalarında olduğu kimi, bir neçə xanə uzana bilər. «Vaqif gözəlləməsində» (16, ¹6, x. 123—138) on altı xanəlik başlanğıcı misal çəkə bilərik:


AŞIQ HAVALARI MUSİQİ
QURULUŞUNUN ƏSASLARI. HAVACATIN VƏ ŞE’RİN VƏZNİ:   
səhifələr   1    2    3    4    5    6   7