~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
 
III HİSSƏ

AŞIQ HAVALARI MUSİQİ
QURULUŞUNUN ƏSASLARI

HAVACATIN VƏ ŞE’RİN VƏZNİ

2

Türk aləmində əruzun yayılması Yusif Balasaqunlunun adı ilə bağlıdır. XI yüzillikdə yaşamış görkəmli türk şairi, ensiklopediyaçı-alim, filosof, ərəb-fars şe’rinin və türk folklorunun bilicisi kimi tanınmış Y.Balasaqunlu özünün məsnəvi quruluşunda yazılmış şah əsəri olan «Kutadqu bilik»də türk şe’rində ilk dəfə olaraq əruz vəznindən istifadə etmişdir.

Türk əruzu onun davamçıları Nəsrəddin Tusi, Əbdürrəhman Cami, Əlişir Nəvai, Vahid Təbrizi və başqalarının yaradıcılığında cilalanaraq bitkin sistem şəklini almışdır.

Əruz vəznində təkrarlanan vəzni bölgüləri qeyd etmək (işarələmək) üçün əl-Xəlil F’L kökündən sün’i şəkildə alınmış və 8 sözdən ibarət paradiqmalar60 düzəltmişdir. «Şe’rin hissələri» adlanan bu vəzn vahidlərini qısa () və uzun (—) hecalara uyğun xüsusi prosodik61 işarələrlə əvəzləmək olar.

Əruzun bölgülərini hecalara ayırma halında belə təsvir etmək olar:

Əruzun 19 mümkün vəzn ölçüsündən — bəhrlərindən aşıq şe’rində yalnız «həzəc» və «rəməl» bəhrləri işlənir. Bənd quruluşlarına gəldikdə isə, «qəzəl», «mürəbbə», «müxəmməs», «müsəddəs», «təxnis» kimilərinin adlarını çəkmək olar62.

Havacat və şe’rin üzvi bağlılığı Azərbaycan aşıq sənətinin bütün səviyyə və mərhələlərində aydın nəzərə çarpır.

Şe’r və havanın qarşılıqlı nisbətindəki sinxronluq və qeyri-sinxronluq etnomusiqişünasların daim diqqət mərkəzində olub. Melodiya ilə misranın belə əlaqəliliyi, qarşılıqlı nisbəti söz qatarı — misranın — melodik misra; şe’r beytinin (ikimisralığın) — melodik dövrə; ən ali qəbilli bütövlüyün — şe’r bəndinin melodik bəndlə üst-üstə düşməsi ilə təsdiqlənir.

Şe’r və havacatın sinxron əsaslı qarşılıqlı nisbətinə ən parlaq nümunə kimi Aşıq Mahmudun ifasında «Koroğlu gözəlləməsini» göstərə bilərik (15, s. 100—107). Maraqlıdır ki, oxumada «əruzun» bir sıra xüsusiyyətləri, daha doğrusu, «xəzəci-mürəpbəqi-salim» bəhri əks olunub (paradiqması:     ,       ):

Lakin buna oxşar tam uyğunluqlara havacatda nadir hallarda rast gəlinir. Heca vəzni daha geniş yayımlı və məqsədəuyğundur ki, bunun da bir sıra səbəbləri var. Yuxarıda göstərdiyimiz kimi «barmaqhesablı» misranın quruluşu heca birləşmələrinin yeri ilə şərtlənir. Mətnin taraz və qeyri-taraz hissələrə bölünməsi uyğun (eyniqüvvəli) nisbət yaradır.

Belə əsasda sabit vəzni kəmiyyətlər iki vəzifə yerinə yetirə bilər — yə’ni həm vəzn sırasını oxşar bölmələrə ayıra, həm də vəzn vahidlərinin şəklidəyişən nisbətlərini qura bilər. Heca birləşmələrində çoxsaylı dəyişkənlik bir misra çərçivəsində belə tərkib bölmələrin çoxsaylı nisbətlərinə səbəb olur.

Məsələn, yeddihecalılıqda heca birləşmələrini 4+3 nisbəti 3+4 nisbətinə; səkkizhecalılıqda 4+4 nisbəti 5+3-ə və tərsinə; onbirhecalılıqda 6(3+3)+5 nisbəti 5+6(3+3)-ya, 4+4+3 isə 3+4+4, 4+3+4, 4+7 və s. nisbətlərə keçə bilər.

Başlanğıc vəzn qəlibinin bu cür dəyişkənliyi nəticəsində vəzni nizamın (qaydanın) pozulmasına şərait yaradır, bu da əlavə vəzni qurmalar törədir. Bu baxımdan «Bağdad dübeyti» havasında (16, ¹18) misraların tərkibindəki heca birləşmələrinə diqqət yetirək:

Səfərdəyəm, səfərimi                4+4=8
Vurmamışam başa hələ        4+4=8
Arzularım, əməllərim           4+4=8
Toxunmayıb daşa hələ         4+4=8

AŞIQ HAVALARI MUSİQİ QURULUŞUNUN ƏSASLARI. HAVACATIN VƏ ŞE’RİN VƏZNİ:   səhifələr   1    2    3    4    5    6   7