~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
 
III HİSSƏ

AŞIQ HAVALARI MUSİQİ
QURULUŞUNUN ƏSASLARI

HAVACATIN VƏ ŞE’RİN VƏZNİ

6

Havacatın quruluşunda Azərbaycan aşıqlarının «yedək» adlandırdığı xarici əlavənin ünsiyyət vasitəsi kimi çəkisi olduqca böyükdür. «Yedək» tipli nəqarat aid olduğu melodik bəndi sonra gələnlərdən bir növ ayırır. «Yedək» aid olduğu bəndin məna gücləndiricisi vəzifəsini yerinə yetirir. Kodada — sonluqda yerləşən «yedək» «bayatı» yaxud «gəraylı» quruluşunda olur. «Aşıq Qərib» dastanında «Sultanı» (16, ¹10) havasına müraciət edək:





«Yedəyin» mətnini göstərək65:

Mən aşiq oydun məni           3+4=7
Nar kimi soydun məni         3+4=7
Nə kölgəndə saxladın           4+3=7
Nə günə qoydun məni         3+4=7

Beləliklə, bənd bütövlükdə iki şe’r quruluşunu birləşdirir: 11 hecalı qoşma + 7 hecalı bayatı.

Havacatın və şe’rin vəzni quruluşunda ən əhəmiyyətli amillərdən biri də vəznin «nəbz döyüntüləridir». Çalğıdakı vəzn «hüceyrələri», yə’ni ən kiçik ritm-intonasiya hissəcikləri bütöv quruluşu təşkil edən dəyişməz (invariant) vahidlərdir.

Hər bir havanın müntəzəm, mütəşəkkil vəznli girişlə — çalğı müqəddiməsi başlayır ki, bu mütəşəkkillik bütöv quruluşu bütün səviyyələrdə əhatə edərək, bütün inkişaf prosesində öz sabitliyi ilə seçilir. Qeyd edək ki, oxumada vəzni müntəzəmliyin vurğulu ifadəsi o qədər zəruri olmadığı halda, çalğıdakı (müşayiətdəki) təzənə vurmaq vasitəsilə xanələrə ayırma aşıq ifaçılığının mühüm cəhətlərindən biridir.

Aşıqların ayrı-ayrı havaları ifa edərkən vəznölçüsü və vurğu sistemini dəyişməsi eyni şe’rin misra quruluşuna tə’sir göstərməyə bilməz. Verilən misalların mahiyyəti ondadır ki, eyni bir aşıq (Aşıq Əkbər) eyni bir şe’r mətnini «Bəhri divanısı» (16, ¹48) və «Ayaq divanısı» (16, ¹12) havaları ilə oxuyur.

Birincisi izometrik , ikincisi müntəzəm-vurğulu  vəzn ölçüsü əsasdadır. Əgər «Ayaq divanıda» divanı şe’r quruluşu əruzun «rəməl» bəhrinə uyğun gəlirsə, «Bəhri divanıda» həmin mətn sırf heca vəznindədir. Bunun üçün hər iki havanın 1-ci melodik misralarının notlu ifadəsinə misal gətirək:


AŞIQ HAVALARI MUSİQİ
QURULUŞUNUN ƏSASLARI. HAVACATIN VƏ ŞE’RİN VƏZNİ:   
səhifələr   1    2    3    4    5    6   7