~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
 

IV
HİSSƏ


DURNA TELİ DASTANI

Kosa Səfər dedi:
— Koroğlu, qocanın sözü ağıllı sözdü. Nə deyirsən?
Koroğlu üzünü dəlilərə tutub dedi, görək nə dedi («Koroğlu gözəlləməsi»):


Uca-uca dağ başında,
Yaz bir yana, qış bir yana.
Titrəşir ağzım içində,
Dil bir yana, diş bir yana.

Koroğlu sözünü qurtardı. Sonra paltarlarının üstündən bir aşıq paltarı geyindi, çiyninə də bir saz salıb yola düşdü.

Bəli, Koroğlu aşıq paltarında meydana tərəf getməkdə olsun, qoca xurcun üçün evə getməkdə olsun, sənə kimdən deyim, Aslan paşadan.

DURNA TELİ DASTANI:     səhifələr    1    2    3    4