~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
 

IV
HİSSƏ


DURNA TELİ
DASTANI

Aslan paşa car çəkdirib bütün camaatı meydana yığmışdı. Meydan bir bəzənmişdi, bir bəzənmişdi ki, elə bil toy-bayramdı. Cəlladlar dəliləri qolu bağlı gətirib dar ağacının yanında saxlamışdılar. Aslan paşa bir kef-damaqda idi ki, gəl görəsən. Meydanın başında taxt qurdurub əyləşmişdi. Elə hey üzünü sədrə’zəmə tutub deyirdi:

— Dayan, gör xotkar bizə nə ən’amlar göndərəcək... Zarafat deyil ha... hələ indiyə kimi bir paşa Koroğlunun bir dəlisinin gözünü piləyə bilməyib. Mənə Aslan paşa deyərlər.

Bəli, cəlladlar tənabları yağlayıb hazırladılar. Təbil vuruldu. Sədrə’zəm irəli gəlib camaata deməlisin dedi, tapşırılmasın tapşırdı, ondan bir dəstə yaraqlı əsgər gətirib camaatın qabağında bir cərgə düzdülər ki, işdi, bəlkə birdən qarışıqlıq-zad oldu. Elə ki hər iş qurtardı, cəllad Eyvazı dar ağacına gətirdi.

Dəmirçioğlunun qan başına vurdu. Bir güc vurdu, iki güc vurdu ki, qollarının ipini qıra bilsin, amma hər dəfə güc vurduqca ip onun ətini kəsib içəriyə girirdi. Dəmirçioğlu başa düşdü ki, onun qollarını mumlu kirişlə bağlayıblar. İşi belə görəndə ümidi üzüldü ürəyi kövrəkləndi, aldı görək nə dedi («Döşəmə Koroğlu»):




 

DURNA TELİ DASTANI:     səhifələr    1    2    3    4