ƏSGƏR: |
Yox, xala, bu əl verməz, mən gərək
əvvəlcə özüm
qızı görəm, ondan
sonra xoşuma gəldi alam, gəlmədi
almayam. |
CAHAN: |
Bəs
sən kişi xeylağı,
qızı nə sayaq görərsən?
Xalq qızını sənə
göstərərmi? |
ƏSGƏR: |
Hə, bəs elə mətləb buradadır.
Səhərdən bəri sənə
deyirəm ki, bunun axırı
necə olsun? İstəyirəm
evlənəm, amma bilmirəm
ki, kimi alım? Cünki heç
kəsi görməmişəm
və görmək də olmaz. |
CAHAN: |
Ay xalan sənə qurban! Sən gəl ata-baba
yolu ilə evlən. Sənin
nə borcundur. Qoy mən gedim,
sənə qız alım, hərgah
pis olsa, təqsir mənim boynuma. |
ƏSGƏR: |
Ay xala, sən nə fikirdəsən? Mən
arşını iki şahılıq
çiti görməmiş
almaram, halbuki diri gözlü
arvad ola! Ata-baba yolu ilə evlənsəm
gərək alam, boşayam,
alam, boşayam. Ta ki içindən
bir nəfəri xoşuma gəlib
qala... Yox, mən bu sayaq ilə
evlənmək istəmirəm.
Bacarsan, mənə bir yol göstər
ki, qızı görüm,
sonra alım. |
CAHAN: |
Xalan sənə qurban, nə yol göstərim?
Hərgah sən arvad olsa idin,
yanımca aparıb ev-ev gəzdirərdim. |
ƏSGƏR |
(gülür):
Arvad olsa idim, evlənməzdim
ki... |
CAHAN: |
Bəs nə sayaq olsun? |
ƏSGƏR: |
Görünür ki, heç bir yol yoxdur,
onun üçün də mən
evlənmirəm.
|
(Vəli ah çəkir,
sükut).
(Musiqi çalınır,
sonra Süleyman daxil olur)
|
|
|