İKİNCİ
PƏRDƏ
Soltan bəyin həyəti.
Gülçöhrə,
Asya, Telli oturub tikiş tikir
və corab hörürlər.
I
GƏLİŞ
Gülçöhrə,
Asya və Telli
GÜLÇÖHRƏ (tikiş
tikə-tikə oxuyur)
¹ 5. Gülçöhrənin
ariyası.
|
|
Pərişan
xəlqi aləm ahü-əfğan
etdiyimdəndir – 2
Pərişan olduğum, xəlqi
pərişan etdiyimdəndir
– 2
Dili-zarimdə dərdi eşq
günü-gündən füzun
olmuş – 2
Utən bidərdə tədbir
ilə dərman etdiyimdəndir
– 2
Deyil bihudə gər yağsa
fələkdən başıma
daşlar.
Binaın tişeyi - ahımlə
viran etdiyimdəndir – 2
A... a... a... a... a... a... a... gəl
yarım – 2
A... Gəl yarım, gəl yarım,
gəl, gəl, gəl, gəl,
gəl hey! |
ASYA: |
Ay Gülçöhrə,
sən oxuyanda, həmişə
mənim ürəyim tutulur,
bikef oluram. |
GÜLÇÖHRƏ: |
Görünür
ki, oxumağım sənə
xoş gəlmir. |
ASYA: |
Yox, çox
xoş gəlir. Elə ona görə
də məni bir sayaq qəm
basır, qüssə eləyirəm. |
GÜLÇÖHRƏ: |
Eh, elə
bizim ömrümüz başdan-ayağa
qəm, qüssə deyilmi? |
ASYA: |
Hə,
vallah, doğru deyirsən. |
TELLİ: |
Ay xanımlar,
nə olub ki, belə qəm-qüssə
eləyirsiniz? Allah qoysa, ağam
bu gün, sabah sizi ərə
verər. Gedib ev yeyəsi, oğul-uşaq
sahibi olarsınız. Onda qəminiz
də olmaz. |
GÜLÇÖHRƏ: |
Ey! A Telli!
O cürə ki, bizi ərə
verirlər, heç verməsələr
yaxşıdır. |
TELLİ: |
Nə
üçün, ay xanım?
Niyə elə danışırsan? |
GÜLÇÖHRƏ: |
Döğru
deyirəm, vallah! O cürə
ərə getmək mənim
xoşüma gəlmir. Heç
bilmirsən, səni kimə
verirlər, ərin kim olacaqdır?
Getdiyin adam cavandır, qocadır,
keçəldir, qoturdur, adam
döyəndir? |
ASYA: |
(təəccüb
ilə): Bəs ay Gülçöhrə,
onda daha heç ərə getməyib,
evdə qalıb un çuvalına
tay olacaqsan? |
TELLİ: |
Allah eləməsin. |
GÜLÇÖHRƏ: |
Mən
deyirəm, məgər evdə
qalıb un çuvalına tay
olasan? Mən onu demək istyirəm
ki, belə, adam əvvəlcə
görə ki, kimə gedəçəkdir.
Baxa, bəyənə, təhər-tövrünə
bələd ola, sonra ərə
gedə. |
ASYA:
|
(gülür):
Yazıq, elə söz
danışırsan ki, bişmiş
toyuğun gülməyi gəlir.
Sən bu dörd divarın arasında
kimi görə bilərsən,
a yazıq, hələ baxıb
bəyənəsən də. |
GÜLÇÖHRƏ: |
Elə
olanda evdə qız qalmaq yaxşıdır. |
TELLİ: |
Əşi,
təki ağam sizi ərə
versin. Mən qaçıb gedib
nişanlınızı görərəm,
evinə, eşiyinə baxaram,
sonra gəlib hamısını
sizə nəql edərəm. |
(Gülçöhrə
və Asya gülürlər)
|
|
|