GÜLÇÖHRƏ: |
Yaxşı,
ay Telli! Görünür bizim
adaxlımızı bir sən
görsən bəsdir? Bizim
görməyimiz lazım deyil? |
TELLİ: |
Yox, xanım,
əvvəl mən görərəm,
sonra siz görərsiniz. |
ASYA: |
Yaxşı,
Telli, qoy sən deyən olsun.
Təki bizi ərə versinlər,
yerdə qalanı asandır. |
GÜLÇÖHRƏ: |
Yox, mənciyəz
görüb bəyənməyincə
ərə getməyəcəyəm.
Amma siz elə görməmişdən
də ərə gedərsiniz. |
TELLİ: |
Vallah,
xanım, elə görməmişdən
ərə getmək yaxşıdır.
Yoxsa, əvvəl görəndə
daha sonra yaxşı olmur. Amma
görməyəndə ürəyin
tələsir ki, bir tez görəsən. |
|
|
Sən
o yanda, yar bu yanda,
Ceyran tək boynun buranda,
Baxışın min canlar
alır,
Məni qəmə, dərdə
salır.
Sən
o yanda, yar bu yanda,
Hərdən qıyqacı
baxanda,
Gözüm o gözlərdə
qalır,
Məni qəmə, dərdə
salır.
Sən
o yanda, yar bu yanda,
Saçların üzə
salanda,
Göylərə ahım ucalır,
Məni qəmə, dərdə
salır.
|
|
Səni
yaxşıca geyindirirlər,
bəzəyirlər. Sonra faytona
mindirib urra, urra ilə aparırlar.
Hələ desən ayağının
altında qurban da kəsirlər.
Otağa aparıb, gərdəyin
dalında oturdurlar. Ürəyin
döyünə-döyünə
gözləyirsən, bir də
görürsən ki, qapı
açıldı, oğlan
girdi icəri. (Deyən
kimi qapı açılır,
Soltan bəy çıxır.
Qızlar səslərini kəsib
işlərinə məşğul
olurlar). Allah eləməsin
ki, belə oğlan olsun. |
|
|