IX
GƏLİŞ
Əvvəlkilər, Asya, Telli, Vəli.
|
SOLTAN BƏY: |
Bax, budur gəldilər. A qız, Asya, bu oğlana
səni versəm, gədərsənmi? |
ASYA: |
(Utana-utana). Bəli,
gedərəm! |
SOLTAN BƏY: |
Qoçaq qız, sən Gülçöhrədən
ağıllı oldun. Çox gözəl,
çox pakizə (Vəli
və Telli bir-birinə baxırlar.
Vəli bərk ah çəkir). |
SOLTAN BƏY: |
Adə, nə yaman ah çəkdin? Balam,
nə dərdin var? |
ƏSGƏR: |
Nə dərdi olacaqdır! Gülçöhrəni
mənə verdin, Asyanı Süleymana
verdin, xalanı özün alırsan,
indi Tellini də ver ona da! |
SÜLEYMAN: |
(Vəliyə).
Hə, dedim ki, axı sən
də hazırlaş! |
SOLTAN BƏY: |
Ay qız, Telli, Vəliyə gedərsənmi? |
TELLİ: |
(mərd-mərdana).
Bəli, gedərəm. |
SOLTAN BƏY: |
Vəli, sən Tellini alarsanmı? |
VƏLİ: |
(utanır və birdən-birə).
Bəli, alaram (gülür). |
SOLTAN BƏY: |
Yaxşı, balam, toylarımızı nə
vaxt başlayaq? Elə bu gün başlayaq,
düzülün (cüt-cüt
olub oynayırlar. Əvvəlcə
musiqiyə görə ağır,
sonra musiqi tezləşdikcə tez-tez
oynayırlar). |
|
|