VII
GƏLİŞ
Soltan bəy, Əsgər,
sonra Gülçöhrə və
Cahan.
|
SOLTAN
BƏY: |
Gəlsin onu alım! O dul, mən dul. Həkim
də mənə deyib ki, gərək
arvad alasan. Mən bilən, həkim
xalanı da görsə, deyər
ki, ərə get! |
ƏSGƏR: |
Nə sözüm var ki. Al da, al! İkibaşlı
qohum olaq. İndi bildinmi ki, ikibaşlı
qohum olmaq nə deməkdir? |
SOLTAN
BƏY: |
Bildim, bildim,
a kələkbaz! (Gülçöhrə
və Cahan daxil olurlar. Cahan xalaya
muraciətlə). Əşi,
gəl də! İrəli gəl!
Görürsən sənin bu bacın
oğlu nə kələkbaz imiş.
İndi nə deyirsən? Bir nəfər
molla, bir kəllə qənd və
üç manat pul ilə aran necədir?
Deyirəm ki, Əsgər ilə
Gülçöhrənin və
sənin ilə də mənim toyumuz
bir olsun. |
CAHAN: |
Nə
deyirəm, allah xeyir versin. |
SOLTAN
BƏY: |
Balam,
uşaqlar evdə tək qaldılar,
nigaran qaldılar, sizin gədəni
göndərin Asya ilə Tellini gətirsinlər. |
ƏSGƏR: |
Bu saat gedim göndərim
(çıxır). |
SOLTAN
BƏY: |
Əşi, vallah sevindiyimdən elə bil
ki, cavan oldum. (Tez
sözünü dəyişir).
Yəni qoca deyiləm, elə
cavan kimi bir oğlanam, maşallah
olsun mənə (Əsgər
gəlir). |
ƏSGƏR: |
Göndərdim
getdi.
|
(Süleyman daxil olur)
|
VIII GƏLİŞ
Əvvəlkilər və
Süleyman.
|
SÜLEYMAN: |
Salaməleyküm! |
SOLTAN
BƏY: |
Baho, Süleyman,
əleyküməssalam! Balam, sənin
bu dostun nə kələkbaz imiş? |
SÜLEYMAN: |
Bəli,
çox kələkbazdır. Bilmirəm
bu kələkləri kimdən öyrənibdir? |
ƏSGƏR: |
Necə
kimdən öyrənibdir? Bunun hamısını
sən öyrətmədinmi? Odur,
xalam desin! |
CAHAN: |
Doğrudur!
Bütün bu kələklərin
başçısı Süleymandır.
O öyrətdi. |
SOLTAN
BƏY: |
Belə imiş. Süleyman, mən səni
heç belə bilməzdim. Balam,
bu işləri haradan öyrənmisən? |
SÜLEYMAN: |
Bəy,
öz başımdan çıxardıram. |
SOLTAN
BƏY: |
Ay sənin başın var olsun. |
SÜLEYMAN: |
(birdən
Gülçöhrəni görərək).
Yaxşı, Gülçöhrə
budur? |
ƏSGƏR: |
Bəli,
budur. |
SÜLEYMAN: |
Bəs
mən gördüyüm qız
buna oxşamır? |
SOLTAN
BƏY: |
Sən yəqin Asyanı görmüsən. |
SÜLEYMAN: |
Asya kimdir? |
SOLTAN
BƏY: |
O mənim qardaşım qızıdır. |
SÜLEYMAN: |
(sevinir).
Hə? Əşi elə isə
mən nə üçün subay
qalım, ver, mən də toy edim
də! |
SOLTAN
BƏY: |
Doğru deyirsən? |
SÜLEYMAN: |
Bəs
necə? |
SOLTAN
BƏY: |
Verdim, al! |
SÜLEYMAN: |
(kənara).
Bax, mərd yoldaşın axırı
belə olar. |
(Asya, Telli və Vəli
daxil olurlar).
|